https://sputnik.az/20220826/nazir-muavini-azerbaycanda-bas-vermis-yanginlarin-sayini-aciqladi-445404827.html
Nazir müavini Azərbaycanda baş vermiş yanğınların sayını açıqladı
Nazir müavini Azərbaycanda baş vermiş yanğınların sayını açıqladı
Sputnik Azərbaycan
Fövqəladə hallar nazirinin müavini bildirib ki, 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. 26.08.2022, Sputnik Azərbaycan
2022-08-26T14:11+0400
2022-08-26T14:11+0400
2022-08-26T14:11+0400
yanğın
azərbaycan xəbərləri
meşə yanğınları
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439442528_0:0:3073:1728_1920x0_80_0_0_f5d4afa24b3d9c957db9e23f31026168.jpg
BAKI, 26 avqust — Sputnik. Yanvarın 1-dən avqustun 25-nə qədər ölkədə 10900 yanğın hadisəsi baş verib.Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.O bildirib ki, buraya işğaldan azad olunmuş ərazilər də daxildir: "O cümlədən 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub".Fövqəladə hallar nazirinin müavini bildirib ki, hazırda Siyəzən, Şabran, Quba və Qusarda yanğınlar davam edir. O bildirib ki, həmçinin hazırda Masallıda İstisuda yanğın var: "Bütün yanğınlar nəzarət altındadır və söndürülməsi istiqamətində işlər davam etdirilir".
https://sputnik.az/20220825/masallida-dagliq-erazi-yanir-445377429.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439442528_170:0:2901:2048_1920x0_80_0_0_a88274a699d4b97c76605045afd0ae90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yanğın, meşə yanğınları
Nazir müavini Azərbaycanda baş vermiş yanğınların sayını açıqladı
Fövqəladə hallar nazirinin müavini bildirib ki, 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb.
BAKI, 26 avqust — Sputnik. Yanvarın 1-dən avqustun 25-nə qədər ölkədə 10900 yanğın hadisəsi baş verib.
Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, buraya işğaldan azad olunmuş ərazilər də daxildir: "O cümlədən 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub".
Fövqəladə hallar nazirinin müavini bildirib ki, hazırda Siyəzən, Şabran, Quba və Qusarda yanğınlar davam edir. O bildirib ki, həmçinin hazırda Masallıda İstisuda yanğın var: "Bütün yanğınlar nəzarət altındadır və söndürülməsi istiqamətində işlər davam etdirilir".