Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Masallıda dağlıq ərazi yanır, bölgəyə helikopterlər cəlb edilib

© Sputnik / Rashad KeremogluMeşə yanğını
Meşə yanğını - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
BAKI, 25 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in yaydığı xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Masallı rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə rayonun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Oğuz rayonu ərazisində 2 saylı meşə dolayında avqustun 24-də baş vermiş yanğın genişlənməsinə imkan verilmədən dünən axşam saatlarında söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 0.3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilmiş operativ tədbirlər sayəsində sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.08.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Oğuz meşələrində yanğın söndürülüb - VİDEO
Xəbər lenti
0