DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dövlət Departamenti: "ABŞ BMT-yə gələn nümayəndələrə viza verməyə borcludur"

© AFP 2024 / Paul J. RichardsABŞ Dövlət Departamentinin binası, arxiv şəkli
ABŞ Dövlət Departamentinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.08.2022
Abunə olmaq
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini bildirib ki, Birləşmiş Ştatlar quruma üzv dövlətlərin nümayəndələrinə BMT-nin mənzil-qərargahına getmək üçün viza verməyə borcludur.
BAKI, 26 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlar BMT-yə üzv dövlətlərin nümayəndələrinə dünya təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına getmək üçün viza vermək öhdəliyinə ciddi yanaşır.
Bunu keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün gələn xarici nümayəndə heyətlərinə vizaların verilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.
"Mən fərdi viza hallarının təfərrüatlarını müzakirə edə bilmərəm, lakin bir daha qeyd edə bilərəm ki, Birləşmiş Ştatlar bütövlükdə təşkilata ev sahibliyi edən ölkə kimi, BMT-nin mənzil-qərargahı ilə razılaşmaya əsasən, quruma üzv dövlətlərin nümayəndələrinə dünya təşkilatının mənzil-qərargahına getmək üçün viza verməyə borcludur", - deyə o bildirib.
Rusiya XİN rəhbəri avqustun 5-də BMT-nin baş katibi Antoniu Quterreşə ABŞ-ın təşkilatın mənzil-qərargahının yerləşdiyi ölkə kimi öz vəzifələrinə laqeyd yanaşması ilə bağlı məktub göndərdiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiqləmişdi.
Həmin vaxt Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağlayıb.
Qeyd edək ki, Ukraynada xüsusi əməliyyat keçirməsinə görə İslandiya, Belçika və Danimarka Rusiya təyyarələri üçün hava məkanlarını bağladıqlarını açıqlamışdılar.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Lavrov  - Sputnik Azərbaycan, 1920, 18.08.2022
RUSİYA
Lavrov ABŞ-a səfər edə biləcək?
Xəbər lenti
0