https://sputnik.az/20220818/lavrov-abs-a-sefer-ede-bilecek-445149701.html
Lavrov ABŞ-a səfər edə biləcək?
Lavrov ABŞ-a səfər edə biləcək?
Sputnik Azərbaycan
Ned Prays Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Rusiya səfirliyinin Baş Assambleyada iştirak etmək üçün Rusiya nümayəndə heyətinə viza verilməsi tələbi... 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T14:33+0400
2022-08-18T14:33+0400
2022-08-18T14:33+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
abş
bmt
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443701019_0:160:3072:1888_1920x0_80_0_0_0fa3f77bce3d1cd29bd14f568f5e6232.jpg
BAKI, 18 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlarının BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək tədbirin iştirakçılarına giriş vizası verməklə bağlı xüsusi öhdəliyi var. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.Eyni zamanda Prays Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Rusiya səfirliyinin Baş Assambleyada iştirak etmək üçün Rusiya nümayəndə heyətinə viza verilməsi tələbi ilə Ağ Evə müraciət etməsi barədə sözlərini şərh etməyib.Diplomat həmçinin bildirib ki, digər məsələlərlə yanaşı, bu məsələni də müzakirə etmək üçün ABŞ Dövlət Departamentinə səfər etmək niyyətindədir.Prays Dövlət Departamentinin Rusiya rəsmiləri ilə gözlənilən görüşləri barədə deyəcək heç nə olmadığını bildirib."Ancaq deyəcək bir şeyimiz olarsa, o zaman bunu edəcəyik", - deyə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri qeyd edib.Fevral ayında ABŞ Sergey Lavrova qarşı sanksiyalar tətbiq edərək, onun ölkəyə girişinə qadağa qoyub. Avqustun 8-də Rusiya Prezidenti Vladimir Putin Lavrovun BMT Baş Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.Rusiya XİN rəhbəri avqustun 5-də BMT-nin baş katibi Antonio Quterreşə ABŞ-ın təşkilatın mənzil-qərargahının yerləşdiyi ölkə kimi öz vəzifələrinə laqeyd yanaşması ilə bağlı məktub göndərdiyini bildirib.Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiqləmişdi.Həmin vaxt Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağlayıb.Qeyd edək ki, Ukraynada xüsusi əməliyyat keçirməsinə görə İslandiya, Belçika və Danimarka Rusiya təyyarələri üçün hava məkanlarını bağladıqlarını açıqlamışdılar.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443701019_171:0:2902:2048_1920x0_80_0_0_d032a5c5e52b57354f1487918984be54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, abş, bmt, nato
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, abş, bmt, nato
Lavrov ABŞ-a səfər edə biləcək?
Ned Prays Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Rusiya səfirliyinin Baş Assambleyada iştirak etmək üçün Rusiya nümayəndə heyətinə viza verilməsi tələbi ilə Ağ Evə müraciət etməsi barədə sözlərini şərh etməyib.
BAKI, 18 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlarının BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək tədbirin iştirakçılarına giriş vizası verməklə bağlı xüsusi öhdəliyi var. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Eyni zamanda Prays Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Rusiya səfirliyinin Baş Assambleyada iştirak etmək üçün Rusiya nümayəndə heyətinə viza verilməsi tələbi ilə Ağ Evə müraciət etməsi barədə sözlərini şərh etməyib.
Diplomat həmçinin bildirib ki, digər məsələlərlə yanaşı, bu məsələni də müzakirə etmək üçün ABŞ Dövlət Departamentinə səfər etmək niyyətindədir.
Prays Dövlət Departamentinin Rusiya rəsmiləri ilə gözlənilən görüşləri barədə deyəcək heç nə olmadığını bildirib.
"Ancaq deyəcək bir şeyimiz olarsa, o zaman bunu edəcəyik", - deyə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri qeyd edib.
Fevral ayında ABŞ Sergey Lavrova qarşı sanksiyalar tətbiq edərək, onun ölkəyə girişinə qadağa qoyub. Avqustun 8-də Rusiya Prezidenti Vladimir Putin Lavrovun BMT Baş Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.
Rusiya XİN rəhbəri avqustun 5-də BMT-nin baş katibi Antonio Quterreşə ABŞ-ın təşkilatın mənzil-qərargahının yerləşdiyi ölkə kimi öz vəzifələrinə laqeyd yanaşması ilə bağlı məktub göndərdiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiqləmişdi.
Həmin vaxt Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağlayıb.
Qeyd edək ki, Ukraynada xüsusi əməliyyat keçirməsinə görə İslandiya, Belçika və Danimarka Rusiya təyyarələri üçün hava məkanlarını bağladıqlarını açıqlamışdılar.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.