Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan hələ də Çempionlar Liqasında təmsil olunacaq

© AFP 2023 / FRANCK FIFEFutbol topları, arxiv şəkli
Futbol topları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
Azərbaycan millisinin hücumçusu Mahir Əmrəlinin klubu Çempionlar Liqasının seçmə mərhələsinin həlledici oyununda Norveç çempionunu məğlub edib.
BAKI, 25 avqust — Sputnik. Azərbaycan yenə də futbol üzrə Çempionlar Liqasının 2022/23 mövsümünün qrup mərhələsində təmsil olunacaq.
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Əmrəlinin heyətində çıxış etdiyi Zaqreb "Dinamo" klubu Norveçin "Bude-Qlimt" komandasına qalib gələrək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Norveçdə keçirilən ilk matç ev sahibi komandanın 0:1 hesablı qələbəsi ilə başa çatıb. Zaqrebdə baş tutan cavab görüşündə Əmrəlinin klubu rəqib komandanı məğlub edərək (4:1) qrup mərhələsinə yüksəlib. Eyni zamanda matçın əsas vaxtı da 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. İki görüşün cəminə görə hesabın bərabərləşdiyini nəzərə alsaq, əlavə vaxt təyin olunub və xorvatlar daha iki qol vurublar.
Azərbaycan millisinin hücumçusu 60-cı dəqiqədə "Dinamo"nun xeyrinə 2:0 hesabı ilə baş tutan oyununda əvəzedici kimi meydana çıxsa da, o nə qol, nə də məhsuldar ötürmə ilə yadda qala bilməyib.
Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı Əmrəlinin klubu dördüncü səbətdə yer alacaq (bir səbətdə olan klublar eyni qrupa daxil ola bilməz).
Püşkatmadan əvvəl səbətlər aşağıdakı kimi formalaşıb:
Birinci: "Real Madrid" (İspaniya), "Ayntraxt" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Milan" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Porto" (Portuqaliya), "Ayaks" (Hollandiya);
İkinci: "Liverpul", "Çelsi" (Böyük Britaniya), "Barselona" (İspaniya), "Yuventus" (İtaliya), "Atletiko", "Sevilya" (İspaniya), "Leyptsiq" (Almaniya), "Tottenhem" (Böyük Britaniya);
Üçüncü: "Borussiya" (Almaniya), "Zalsburq" (Avstriya), "Şaxtyor" (Ukrayna), "İnter", "Napoli" (İtaliya), "Benfika", "Sportinq" (Portuqaliya), "Bayer" (Almaniya);
Dördüncü: "Reyncers" (Şotlandiya), "Dinamo" (Xorvatiya), "Kopenhagen" (Danimarka), "Brügge" (Belçika), "Seltik" (Şotlandiya), "Viktoriya" (Çexiya), "Makkabi Hayfa" (İsrail).
Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi avqustun 25-i, cümə axşamı keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsində Çexiyanın "Viktoriya" komandasına uduzaraq (0:0, 1:2) Avropa Liqasının əsas turnirinə çıxıb.
Xəbər lenti
0