DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İşığa qənaətə görə bu ölkədə məktəblər bağlanacaq, iş saatı azaldılacaq

© pixabay / GregMontaniElektrik lampası, arxiv şəkli
Elektrik lampası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Abunə olmaq
Avqust ayının əvvəlində Banqladeşdə yanacağın pərakəndə satış qiyməti ölkənin müstəqillik əldə etdiyi 1971-ci ildən bəri görünməmiş səviyyəyə çatıb
BAKI, 24 avqust — Sputnik. Banqladeşdə hökumət enerji çatışmazlığı səbəbindən iş qrafikində dəyişiklik edib.
Dövlət institutları əvvəllər saat 09:00-dan 17:00-dək işləyirdisə, yeni rəsmi qrafikə əsasən, iş günü saat 8:00-da başlayacaq və 15:00-da başa çatacaq. Beləliklə, iş gününün müddəti bir saatadək qısalacaq.
Bundan başqa, ölkədə təhsil müəssisələri həftədə iki gün bağlanacaq. Bu addımların məqsədi elektrik enerjisinə qənaət etmək və yollarda tıxacları azaltmaqdır.
"Avqust ayının əvvəlində Banqladeşdə yanacağın pərakəndə satış qiyməti ölkənin müstəqillik əldə etdiyi 1971-ci ildən bəri görünməmiş səviyyəyə çatıb", - məlumatda belə deyilir.
Pensiyaçı - Sputnik Azərbaycan, 1920, 10.11.2021
İQTİSADİYYAT
Dövlət büdcəsi necə qənaət edib - nazirin dilindən
Xəbər lenti
0