Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün Çempionlar Liqasının bütün iştirakçıları müəyyənləşəcək

© AFP 2023 / VALERY HACHEÇempionlar Liqasının kuboku, arxiv şəkli
Çempionlar Liqasının kuboku, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Abunə olmaq
Hazırda qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur
BAKI, 24 avqust — Sputnik. UEFA Çempionlar Liqasında pley-off görüşləri bu gün başa çatacaq.
Yarışın ikinci günündə 3 cavab qarşılaşması keçiriləcək. Bununla da qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
Belə ki, Zaqrebin "Dinamo" klubu Xorvatiyada "Budö Qlimt" (Norveç) komandası ilə qarşılaşacaq. İlk oyunda Zaqreb təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
Cavab oyununu evdə keçirəcək Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edəcək.
PSV isə Niderlandda Şotlandiya "Reyncers"i ilə üz-üzə gələcək. Qeyd edək ki, Qlazqodakı ilk görüş heç-heçə ilə başa çatıb (2:2).
Xatırladaq ki, hazırda qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur.
Игровой момент матча Карабах и Ференцварош  - Sputnik Azərbaycan, 1920, 24.08.2022
İDMAN
"Qarabağ" Çempionlar Liqasına vida etdi
Xəbər lenti
0