CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Baş Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib

© Sputnik / Murad OrujovDGK-nın binası
DGK-nın binası - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Abunə olmaq
P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.
BAKI, 24 avqust — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifəsindən azad edilib.
"Report"un məlumatına görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, P.Kəngərli təqaüdə göndərilib. Onun yerinə hələ ki təyinat yoxdur.
Dövlət Komitəsindən "Report"a faktı təsdiqləyiblər.
Qeyd edək ki, P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.
 Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında - Sputnik Azərbaycan, 1920, 18.07.2022
SİYASƏT
Prezident Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini icra edəcək şəxsi müəyyənləşdirdi
Xəbər lenti
0