SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini icra edəcək şəxsi müəyyənləşdirdi

© Official website of President of Azerbaijan Republic Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında
 Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.
BAKI, 18 iyul — Sputnik. Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.
Prezident İlham Əliyev həmçinin Dövlət Gömrük Komitəsi (DGK) haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırılıb.
Beləliklə, DGK sədrinin bir birinci müavini və dörd müavini var.
Xatırladaq ki, iyulun 16-da Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
S.Mehdiyev 1973-cü ildə Naxçıvanda anadan olub, 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb, 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.
O, əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb, 1999–2004-cü illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb, 2004-dən 2006-cı ilin fevral ayına qədər Komitə sədrinin müavini, 2006-cı ilin fevral ayından Komitə sədrinin birinci müavini vəzifəsində çalışıb, 2018-ci il aprelin 23-də Komitənin sədri təyin edilib.
Xəbər lenti
0