https://sputnik.az/20220824/a-92-benzinin-ve-dizelin-aksiz-derecesi-artirildi-445337166.html
Aİ-92 benzinin və dizelin aksiz dərəcəsi artırıldı
Aİ-92 benzinin və dizelin aksiz dərəcəsi artırıldı
Sputnik Azərbaycan
Aİ-92 benzini üzrə aksiz dərəcəsi 42%-dən 42,5%-ə, dizel yanacağı üzrə aksiz dərəcəsi isə 18%-dən 18,3%-ə çatdırılıb 24.08.2022, Sputnik Azərbaycan
2022-08-24T16:06+0400
2022-08-24T16:06+0400
2022-08-24T16:27+0400
ai-92
cəmiyyət
benzin
dizel
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558161_0:26:3072:1754_1920x0_80_0_0_daae2d98d29e267652b3619ddc6a15bb.jpg
BAKI, 24 avqust — Sputnik. Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb.Bu, Nazirlər Kabinetinin "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında" qərarında əksini tapıb.Qərara əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42%-dən 42,5%-ə, dizel yanacağının aksiz dərəcəsi 18%-dən 18,3%-ə qaldırılıb.Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.Nazirlər Kabinetinin məlumatına görə, "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Tarif Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə, "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarında dəyişiklik edilib."Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarının 1-ci hissəsinin cədvəlinin ikinci sətrində "42,0" rəqəmləri "42,5" rəqəmləri ilə, 4-cü sətrində "18,0" rəqəmləri "18,3" rəqəmləri əvəz edilib.
https://sputnik.az/20220515/azerbaycanda-benzin-bahalasacaqmi-441950404.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558161_290:0:3021:2048_1920x0_80_0_0_922199e662998b0e95b0aaa90a00b8b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ai-92, benzin, dizel
Aİ-92 benzinin və dizelin aksiz dərəcəsi artırıldı
16:06 24.08.2022 (Yenilənib: 16:27 24.08.2022) Aİ-92 benzini üzrə aksiz dərəcəsi 42%-dən 42,5%-ə, dizel yanacağı üzrə aksiz dərəcəsi isə 18%-dən 18,3%-ə çatdırılıb
BAKI, 24 avqust — Sputnik. Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb.
Bu, Nazirlər Kabinetinin "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında" qərarında əksini tapıb.
Qərara əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42%-dən 42,5%-ə, dizel yanacağının aksiz dərəcəsi 18%-dən 18,3%-ə qaldırılıb.
Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Nazirlər Kabinetinin məlumatına görə, "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Tarif Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə, "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarında dəyişiklik edilib.
"Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarının 1-ci hissəsinin cədvəlinin ikinci sətrində "42,0" rəqəmləri "42,5" rəqəmləri ilə, 4-cü sətrində "18,0" rəqəmləri "18,3" rəqəmləri əvəz edilib.