https://sputnik.az/20220515/azerbaycanda-benzin-bahalasacaqmi-441950404.html
Azərbaycanda benzin bahalaşacaqmı?
Azərbaycanda benzin bahalaşacaqmı?
Sputnik Azərbaycan
“SOCAR PETROLEUM” A-92 markalı dizel və benzinin qiymətini qaldıralacağı barədə göstərişin olmadığını bildirərək bu məsələnin Tarif Şurası tərəfindən... 15.05.2022, Sputnik Azərbaycan
2022-05-15T19:58+0400
2022-05-15T19:58+0400
2022-05-15T19:58+0400
iqtisadiyyat
"socar petrolium" şirkəti
yanacaq
qiymət
artım
apa
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439965621_0:61:3073:1789_1920x0_80_0_0_97c895030bd555640bc6e73078437ea7.jpg
BAKI, 15 may - Sputnik. “Ölkəmizdə fəaliyyət göstərən "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel və A-92 yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur”. Belə bir açılama ilə APA-ya açıqlamasında "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli benzinin bahalaşacağı barədə sosial şəbəkələrdə yayılan məlumatları şərh edərkən deyib.Onun sözlərinə görə, qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir.Mətbuat katibi bildirib ki, neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-ə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir:“Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-ə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər"."SOCAR PETROLEUM" QSC-nin ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirdiyini deyən şirkət rəsmisi yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilmədiyini diqqətə çatdırıb:"Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri tarif şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439965621_47:0:2778:2048_1920x0_80_0_0_f7330b3f7f61d5a4a5113b2358efa5fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"socar petrolium" şirkəti, yanacaq, qiymət, artım, apa
"socar petrolium" şirkəti, yanacaq, qiymət, artım, apa
Azərbaycanda benzin bahalaşacaqmı?
“SOCAR PETROLEUM” A-92 markalı dizel və benzinin qiymətini qaldıralacağı barədə göstərişin olmadığını bildirərək bu məsələnin Tarif Şurası tərəfindən tənzimləndiyini vurğulayır.
BAKI, 15 may - Sputnik. “Ölkəmizdə fəaliyyət göstərən "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel və A-92 yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur”. Belə bir açılama ilə APA-ya açıqlamasında "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli benzinin bahalaşacağı barədə sosial şəbəkələrdə yayılan məlumatları şərh edərkən deyib.
Onun sözlərinə görə, qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir.
Mətbuat katibi bildirib ki, neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-ə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir:
“Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-ə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər".
"SOCAR PETROLEUM" QSC-nin ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirdiyini deyən şirkət rəsmisi yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilmədiyini diqqətə çatdırıb:
"Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri tarif şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.