Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllim və məktəb direktorları artımdan sonra nə qədər maaş alacaqlar? Nazir açıqladı

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Emin Əmrullayev bildirib ki, 24 saatdan artıq dərs yükü olanların əməkhaqqı 10 faiz əlavə olduqda 1210, 35 faiz əlavə tətbiq edildikdə isə 1485 manat olacaq.
BAKI, 23 avqust — Sputnik. 865 nəfər direktor və 2243 nəfər direktor müavininin maaşına əlavə ödəniləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib.
Nazir bildirib ki, 500 nəfərdən 700-dək şagirdi olan məktəblərin direktorlarına maaşdan əlavə 600 manat ödənilir. E.Əmrullayev qeyd edib ki, 700-900 şagirdi olan direktorlara 750 manat, 900-1300 şagirdi olan məktəblərin direktorlarına 900 manat, 1300-1700 şagirdi olanlara 1050 manat ödəniləcək. 1700-2100 şagirdi olanlara 1200 manat, 2100-2500 şagirdi olan məktəblərin direktorlarına 1350 manat, 2500-dən yuxarı şagirdi olan məktəblərin direktorlarının maaşlarına isə 1500 manat əlavə ödənilir".
Nazir həmçinin müəllimlərin artımla alacaq əməkhaqqından da danışıb. O qeyd edib ki, hazırda pedaqoji heyətin ümumi sayı təxminən 129 min nəfərdir. Onun sözlərinə görə, 6 saata qədər çalışan müəllimin orta maaşı 150 manat, 10 faiz əlavə olduqda 165, 35 faiz əlavə olduqda isə 203 manat təşkil edəcək. Eyni zamanda 6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin orta maaşı 310, 10 faiz əlavə ilə 340, 35 faiz əlavə ilə isə 420 manat olacaq:
"12-18 saat aralığında dərs yükü olan müəllimlərə gəlincə, onların orta maaşı 535 manatdır. 10 faiz əlavə ilə 590, 35 faiz əlavə tətbiq edildikdə isə 720 manat təşkil edəcək. 18-24 saat aralığında dərs yükü olanların orta əməkhaqqı 755 manatdır. 10 faiz əlavə tətbiq edildikdə 830, 35 faiz əlavə olduqda isə 1020 manat alacaqlar. Eyni zamanda 24 saatdan artıq dərs yükü olanların əməkhaqqı 1100 manatdır. 10 faiz əlavə olduqda 1210, 35 faiz əlavə tətbiq edildikdə isə 1485 manat əməkhaqqı alacaqlar".
Nazir bildirib ki, sertifikasiya ilk olaraq ibtidai sinif müəllimləri arasında aparılacaq. Hazırda ölkənin ümumtəhsil məktəblərində 36,5 min ibtidai sinif müəllimi çalışır. Onların 1279-nun 6 saata qədər, 4030-nun 6-12 saat, 7360-nın 12-18 saat, 16105-nin isə 18-24 saat aralığında dərs bölgüsü var. 2000-2010-cu illərdə 12867 ibtidai sinif müəllimi işə qəbul edilib.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələrin hesablanması qaydası müəyyənləşdirilib. Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr də nəzərdə tutulub.
 Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında - Sputnik Azərbaycan, 1920, 18.08.2022
TƏHSİL
Prezident təhsil işçilərinin vəzifə maaşlarına əlavələr edilməsi barədə fərman imzalayıb
Xəbər lenti
0