Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Prezident təhsil işçilərinin vəzifə maaşlarına əlavələr edilməsi barədə fərman imzalayıb

© Official website of President of Azerbaijan Republic Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında
 Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Fərmanla sertifikatlaşdırmadan keçən təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavə müəyyən ediləcək.
BAKI, 18 avqust — Sputnik. Ölkə başçısı Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb.
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) səriştə və nəticə əsaslı diferensiallaşdırılmış və əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması məqsədilə qərara alıb:
"2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilsin:
direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);
təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).
Qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etməli, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir".
Xəbər lenti
0