Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

MİQ üzrə əlavə vakansiya olacaq

© AR Ministry of EducationMüəllimlərin işə qəbulu üzrə imtahanı
Müəllimlərin işə qəbulu üzrə imtahanı - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Namizədlər 26 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçib, elektron ərizələrini təsdiq edəcəklər.
BAKI, 23 avqust — Sputnik. 24-26 avqust tarixlərində 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi həyata keçiriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resurslar Mərkəzindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, 24 avqust saat 11:00-dan etibarən seçimə start veriləcək və bu proses proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada təşkil olunacaq.
Namizədlər 26 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Əlavə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün təqvim ili ərzində müsahibələrin həyata keçirilməsi nəzərdə tutulub.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində - Sputnik Azərbaycan, 1920, 06.08.2022
TƏHSİL
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə MİQ müsabiqəsinə başlanıb
Xəbər lenti
0