https://sputnik.az/20220806/yuksek-texniki-pese-tehsil-seviyyesi-uzre-mq-musabiqesine-baslanib-444729693.html
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə MİQ müsabiqəsinə başlanıb
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə MİQ müsabiqəsinə başlanıb
Sputnik Azərbaycan
Peşə təhsil müəssisələrinə sözügedən təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu 2 mərhələdən - Elektron müraciət mərhələsi və Müsahibə mərhələsindən... 06.08.2022, Sputnik Azərbaycan
2022-08-06T07:31+0400
2022-08-06T07:31+0400
2022-08-06T07:31+0400
peşə
təhsil
təhsil
müəllim
işə qəbul
https://cdnn1.img.sputnik.az/img/07e6/08/03/444653207_23:0:3664:2048_1920x0_80_0_0_a6bdb37451ceebd751d71e3d8dad3ee0.jpg
BAKI, 5 avqust — Sputnik. Bu gündən etibarən peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılıb.Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi xəbər yayıb. Bildirilib ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün peşəkar müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə, Qəbələ və Cəlilabad şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə ümumilikdə 5 şəhər üzrə 35 vakant yer elan olunub.Peşə təhsil müəssisələrinə sözügedən təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu 2 mərhələdən ibarətdir: Elektron müraciət mərhələsi və Müsahibə mərhələsi.14 avqust saat 00:00-dək davam edəcək I mərhələ zamanı müraciətçilərin "Müraciət forması"nı bölmələr üzrə tam doldurması tələb olunur. Müraciət zamanı hər bir namizədə yalnız bir şəhər üzrə ən çoxu 2 vakansiya seçmək hüququ verilir.Müsahibə mərhələsinə keçid almış uğurlu namizədlərlə anketdə qeyd edilən email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, təhsil müəssisəsində tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanacaq namizədlər aşağıda qeyd olunan üstünlüklərdən faydalana biləcəklər.Elan edilmiş vakant yerlər yüksək texniki peşə təhsil səviyyəsinin tədris olunacağı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/03/444653207_478:0:3209:2048_1920x0_80_0_0_0a3fff817e8dc62df30ee71dccba76f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peşə, təhsil, müəllim, işə qəbul
peşə, təhsil, müəllim, işə qəbul
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə MİQ müsabiqəsinə başlanıb
Peşə təhsil müəssisələrinə sözügedən təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu 2 mərhələdən - Elektron müraciət mərhələsi və Müsahibə mərhələsindən ibarətdir.
BAKI, 5 avqust — Sputnik. Bu gündən etibarən peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılıb.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi xəbər yayıb. Bildirilib ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün peşəkar müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə, Qəbələ və Cəlilabad şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə ümumilikdə 5 şəhər üzrə 35 vakant yer elan olunub.
Peşə təhsil müəssisələrinə sözügedən təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu 2 mərhələdən ibarətdir: Elektron müraciət mərhələsi və Müsahibə mərhələsi.
14 avqust saat 00:00-dək davam edəcək I mərhələ zamanı müraciətçilərin "Müraciət forması"nı bölmələr üzrə tam doldurması tələb olunur. Müraciət zamanı hər bir namizədə yalnız bir şəhər üzrə ən çoxu 2 vakansiya seçmək hüququ verilir.
Müsahibə mərhələsinə keçid almış uğurlu namizədlərlə anketdə qeyd edilən email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, təhsil müəssisəsində tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanacaq namizədlər aşağıda qeyd olunan üstünlüklərdən faydalana biləcəklər.
Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək imkanı;
Yerli və beynəlxalq təlimlərdə iştirak;
Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.
Elan edilmiş vakant yerlər yüksək texniki peşə təhsil səviyyəsinin tədris olunacağı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır.