Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi dənizçilərimiz növbəti mərhələdə ən yüksək xalı toplayıblar

© AR Ministry of DefenceHərbi dənizçilərimiz növbəti mərhələdə ən yüksək xalı toplayıblar
Hərbi dənizçilərimiz növbəti mərhələdə ən yüksək xalı toplayıblar - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsində Azərbaycan HDQ-nin komandası 40 xal toplayaraq ən yüksək nəticə göstərib.
BAKI, 23 avqust — Sputnik. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsinin iştirakçı komandaları "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı" mərhələsinin "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə" epizodunu yerinə yetiriblər.
Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
Belə ki, çalışmanın şərtlərinə əsasən Azərbaycan, İran, Qazaxıstan və Rusiya hərbi dənizçiləri gəminin təhlükəsizliyinin təmin edilməsi, müxtəlif zədələrdən gələn suyun qarşısının alınması, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.
Bu mərhələdə Azərbaycan HDQ-nin komandası 40 xal toplayaraq ən yüksək nəticə göstərib. Rusiya HDD-nin komandası 34 xalla, İran HDQ-nin komandası 32 xalla, Qazaxıstan HDQ-nin komandası isə 30 xalla mərhələni başa vurublar.
Azərbaycan ordusunun tankı - Sputnik Azərbaycan, 1920, 23.08.2022
HƏRBİ
Azərbaycan tankçıları “Tank biatlonu”nda finala çıxmaq uğrunda mübarizə aparacaqlar
Xəbər lenti
0