Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan tankçıları “Tank biatlonu”nda finala çıxmaq uğrunda mübarizə aparacaqlar

© Sputnik / Михаил Воскресенский / Mediabanka keçidAzərbaycan ordusunun tankı
Azərbaycan ordusunun tankı - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Azərbaycan komandası növbəti gün Alabino poliqonunda ikinci yarışda Çin, Qazaxıstan və Vyetnam rəqibləri ilə dueldə qarşılaşacaq.
BAKI, 23 avqust - Sputnik. Azərbaycan tankçıları “Tank biatlonu”nda finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
Birinci divizionda “Tank biatlonu” üzrə bütün fərdi yarışların nəticələrinə əsasən yarışı yarımfinalda davam etdirəcək səkkiz komanda müəyyənləşib.
Yarışların sırası Moskva yaxınlığındakı Patriot parkında Ordu Oyunları Muzeyində keçirilən püşkatmada müəyyən edilib.
Rusiya komandası bu gün Belarus, Özbəkistan və Monqolustan komandaları ilə birlikdə start götürür.
Azərbaycan komandası növbəti gün Alabino poliqonunda ikinci yarışda Çin, Qazaxıstan və Vyetnam rəqibləri ilə dueldə qarşılaşacaq. Yarımfinal yarışlarının nəticələrinə əsasən avqustun 27-də keçiriləcək final yarışında iştirak edəcək dörd komanda müəyyənləşəcək.
Xatırladaq ki, Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparacaqlar.
“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər
 - Sputnik Azərbaycan, 1920, 14.08.2022
HƏRBİ
“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər
Xəbər lenti
0