https://sputnik.az/20220823/direktorlar-zeif-oxuyan-sagirdleri-mektebden-uzaqlasdira-bilmeyecekler---nazir-445284421.html
Direktorlar zəif oxuyan şagirdləri məktəbdən uzaqlaşdıra bilməyəcəklər - Nazir
Direktorlar zəif oxuyan şagirdləri məktəbdən uzaqlaşdıra bilməyəcəklər - Nazir
Sputnik Azərbaycan
Emin Əmrullayev qeyd edib ki, yeni qərarla məktəb direktorları həmin şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar. 23.08.2022, Sputnik Azərbaycan
2022-08-23T12:25+0400
2022-08-23T12:25+0400
2022-08-23T12:26+0400
təhsil
emin əmrullayev
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_0:320:3073:2048_1920x0_80_0_0_81d899663d8ed37b2625ad1640d55378.jpg
BAKI, 23 avqust — Sputnik. Artıq məktəb direktorları zəif oxuyan şagirdləri məktəbdən uzaqlaşdırmayacaqlar. Bu barədə bu gün elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir qeyd edib ki, bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri uzaqlaşdırırdılar: "Hesab edirəm ki, şagirdlər həmin məktəbdə oxumalıdırlar. Yeni qərarla məktəb direktorları həmin şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar".E.Əmrullayev həmçinin bildirib ki, bəzi məktəblərdə ibtidai sinif müəllimlərinin sayı olduqca artıqdır.Onun sözlərinə görə, hələ də 6 saata qədər dərs deyən 1279 ibtidai sinif müəllimi var: "Məsələn, Astarada 365 ibtidai sinif var və orada 676 müəllim işləyir. Bu da o deməkdir ki, həmin müəllimlərin sayı olduqca artıqdır. Biz həmin müəllimləri işdən çıxarmaq fikrində deyilik. Sadəcə, bu qədər say çoxluğu onların dərs saatına təsirsiz ötüşmür. Bu səhvi kimin nə vaxt etməsi suallar doğuran məqamlardır. Belə məktəblərin sayı yüzlərlədir. Müəllimlərin işə qəbulu sisteminin elektronlaşdırılması ilə zamanla bu kimi problemlərin qarşısını ala biləcəyik. MİQ-ə təqdim olunan vakant yerlərlə bağlı miflər var".
https://sputnik.az/20220823/muellim-ve-mekteb-direktorlari-artimdan-sonra-ne-qeder-maas-alacaqlar-nazir-aciqladi-445283913.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_89:0:2820:2048_1920x0_80_0_0_091e36db356e445852c9fad8ec2cfbce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
emin əmrullayev, elm və təhsil nazirliyi
emin əmrullayev, elm və təhsil nazirliyi
Direktorlar zəif oxuyan şagirdləri məktəbdən uzaqlaşdıra bilməyəcəklər - Nazir
12:25 23.08.2022 (Yenilənib: 12:26 23.08.2022) Emin Əmrullayev qeyd edib ki, yeni qərarla məktəb direktorları həmin şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar.
BAKI, 23 avqust — Sputnik. Artıq məktəb direktorları zəif oxuyan şagirdləri məktəbdən uzaqlaşdırmayacaqlar. Bu barədə bu gün elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir qeyd edib ki, bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri uzaqlaşdırırdılar: "Hesab edirəm ki, şagirdlər həmin məktəbdə oxumalıdırlar. Yeni qərarla məktəb direktorları həmin şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar".
E.Əmrullayev həmçinin bildirib ki, bəzi məktəblərdə ibtidai sinif müəllimlərinin sayı olduqca artıqdır.
Onun sözlərinə görə, hələ də 6 saata qədər dərs deyən 1279 ibtidai sinif müəllimi var:
"Məsələn, Astarada 365 ibtidai sinif var və orada 676 müəllim işləyir. Bu da o deməkdir ki, həmin müəllimlərin sayı olduqca artıqdır. Biz həmin müəllimləri işdən çıxarmaq fikrində deyilik. Sadəcə, bu qədər say çoxluğu onların dərs saatına təsirsiz ötüşmür. Bu səhvi kimin nə vaxt etməsi suallar doğuran məqamlardır. Belə məktəblərin sayı yüzlərlədir. Müəllimlərin işə qəbulu sisteminin elektronlaşdırılması ilə zamanla bu kimi problemlərin qarşısını ala biləcəyik. MİQ-ə təqdim olunan vakant yerlərlə bağlı miflər var".