Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan snayperləri beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

© AR Ministry of DefenceSnayperlərimiz beynəlxalq müsabiqədə uğurla iştirak edirlər
Snayperlərimiz beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Beynəlxalq müsabiqədə snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.
BAKI, 23 avqust — Sputnik. İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan snayperləri "Cütlər sıralaması" mərhələsinin "Şəhər əməliyyatı" və "Tənzimləmə" çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər.
Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.
Snayper həddi beynəlxalq müsabiqəsinin ilk çalışması icra olunub - Sputnik Azərbaycan, 1920, 19.08.2022
HƏRBİ
"Snayper həddi" müsabiqəsinin açılış mərasimi keçirilib
Xəbər lenti
0