Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Snayper həddi" müsabiqəsinin açılış mərasimi keçirilib

© AR Ministry of Defence"Snayper həddi" beynəlxalq müsabiqəsinin ilk çalışması icra olunub
Snayper həddi beynəlxalq müsabiqəsinin ilk çalışması icra olunub - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
İran İslam Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.
BAKI, 19 avqust - Sputnik. Avqustun 19-da İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi olub.

Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İran İslam Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.

Çıxış edənlər “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıblar.

Vurğulanıb ki, bu cür müsabiqələrin keçirilməsi döyüş qabiliyyətinin və praktiki bacarıqların artırılması ilə yanaşı, həm də ölkələrarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, İran İslam Respublikasında keçirilən "Snayper həddi" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar ilə mübarizə aparırlar.
“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər
 - Sputnik Azərbaycan, 1920, 19.08.2022
HƏRBİ
Azərbaycan tankçıları yarımfinala yüksəliblər
Xəbər lenti
0