Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Körpə ölümü ilə bağlı xəstəxanadan açıqlama

© AP Photo / Teresa CrawfordYeni doğulmuş körpə, arxiv şəkli
Yeni doğulmuş körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
Bərdə Rayon Xəstəxanası yenidoğulmuşun ölüm səbəbini açıqlayıb.
BAKI, 22 avqust — Sputnik. Bərdə Rayon Mərkəzi Xəstəxanası yeni doğulan körpənin ölümü ilə bağlı açıqlama yayıb.
Xəstəxanadan bildirilib ki, Ağcabədi rayon sakini, 38-39 həftəlik hamilə olan 1997-ci təvəllüdlü hamilə qadın 20.08.2022-ci il saat 12:30 radələrində süni sancılarının olması səbəbilə xəstəxanaya yerləşdirilib. Xəstənin bütün lazımlı müayinələri aparılıb və qeysəriyyə əməliyyatı üçün hazırlanıb. Qadının 2730 qram çəkidə olan övladı doğulub. Yeni doğulan körpəyə tənəffüs pozğunluğu, perinatal dövr üçün spesifik olan dəqiqləşdirilməmiş infeksiyası, kəskin ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Bir neçə saat küvezdə saxlanılan körpə daha sonra vəfat edib.
Qeyd edək ki, Bərdə rayonunda yenidoğulmuş körpə xəstəxanada ölüb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, yenidoğulmuş körpənin Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
körpə  - Sputnik Azərbaycan, 1920, 17.05.2022
PAYTAXT XƏBƏRLƏRİ
Paytaxt küçəsində yeni doğulmuş körpə meyiti tapıldı
Xəbər lenti
0