https://sputnik.az/20220517/paytaxt-kucesinde-yeni-dogulmus-korpe-meyiti-tapildi-442004413.html
Paytaxt küçəsində yeni doğulmuş körpə meyiti tapıldı
Paytaxt küçəsində yeni doğulmuş körpə meyiti tapıldı
Sputnik Azərbaycan
Oğlan uşağına məxsus meyit fərdi yaşayış evlərinin yerləşdiyi küçədə, yol kənarında aşkarlanıb. 17.05.2022, Sputnik Azərbaycan
2022-05-17T22:35+0400
2022-05-17T22:35+0400
2022-05-17T22:35+0400
küçə
paytaxt xəbərləri
bakı
https://cdnn1.img.sputnik.az/img/42207/11/422071121_0:197:1920:1277_1920x0_80_0_0_bd57ff1557a40afcec9440434f798116.jpg
BAKI, 17 may — Sputnik. Bakıda daha bir yeni doğulmuş uşağın meyiti tapılıb. Meyit Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində aşkarlanıb.Oğlan uşağına məxsus meyit fərdi yaşayış evlərinin yerləşdiyi küçədə, yol kənarında aşkarlanıb. Meyit üzərində hər hansı zorakılıq əlamətləri olmayıb.Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.Xatırladaq ki, bir neçə gün öncə Bakıda bağ evinin həyətindən yeni doğulmuş uşaq meyiti aşkalanıb.Digər belə hadisəyə görə, yeni doğulmuş körpəsini öldürərək küçəyə atan qadına cinayət işi açılıb. Bu ilin martın 31-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də A.K. Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42207/11/422071121_217:0:1920:1277_1920x0_80_0_0_f80d3aa7158768e7c574ebc5c55402ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
küçə, bakı
Paytaxt küçəsində yeni doğulmuş körpə meyiti tapıldı
Oğlan uşağına məxsus meyit fərdi yaşayış evlərinin yerləşdiyi küçədə, yol kənarında aşkarlanıb.
BAKI, 17 may — Sputnik. Bakıda daha bir yeni doğulmuş uşağın meyiti tapılıb. Meyit Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində aşkarlanıb.
Oğlan uşağına məxsus meyit fərdi yaşayış evlərinin yerləşdiyi küçədə, yol kənarında aşkarlanıb. Meyit üzərində hər hansı zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün öncə Bakıda bağ evinin həyətindən yeni doğulmuş uşaq meyiti aşkalanıb.
Digər belə hadisəyə görə, yeni doğulmuş körpəsini öldürərək küçəyə atan qadına cinayət işi açılıb. Bu ilin martın 31-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də A.K. Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.