Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəlilabad bazarındakı yanğın söndürülüb

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın
“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri Cəlilabad rayonunun Göytəpə şəhər bazarındakı yanğını söndürməyə müvəffəq olublar.
BAKI, 21 avqust - Sputnik. Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
***
Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, bir neçə gündür Respublikanın şimal rayonlarında - Şabran, Qəbələ, Quba, Siyəzən, Qalaaltı və İsmayıllıda kütləvi meşə, eləcə də çöl yanğınları baş verib. Yanğınlar bəzi yerlərdə lokallaşdırılsa da, ümumilikdə davam edir.
ETSN-də mətbuat konfransı - Sputnik Azərbaycan, 1920, 20.08.2022
HADİSƏ
Umayra Tağıyeva: "Quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır"
Xəbər lenti
0