https://sputnik.az/20220821/seherler-su-icmek-verdisi-uzunomurluluyun-acaridir-445221664.html
Səhərlər su içmək vərdişi uzunömürlülüyün açarıdır
Səhərlər su içmək vərdişi uzunömürlülüyün açarıdır
Sputnik Azərbaycan
Həkim gecə ərzində maye qəbul etməmiş hüceyrələri su ilə təmin etmək üçün səhər oyandıqdan sonra otaq temperaturunda su içməyi tövsiyə edir. 21.08.2022, Sputnik Azərbaycan
2022-08-21T08:01+0400
2022-08-21T08:01+0400
2022-08-21T08:01+0400
su
səhiyyə
sağlamlıq
səhər
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438902265_0:87:1920:1167_1920x0_80_0_0_4096b35b1bc5c9188f4f0bda481b37c0.jpg
BAKI, 21 avqust - Sputnik. Həkimlər hesab edirlər ki, səhər oyandıqdan sonra su içmək sadə, lakin sağlamlıq üçün bir çox cəhətdən çox faydalı vərdişdir.AZƏRTAC-ın xəbərinə görə, genetik Viki Godfri müsahibəsində bildirib ki, səhər su içmək vərdişi orqanizmin sağlamlığının qorunub saxlanmasının açarıdır, eyni zamanda, uzun ömür yaşamaq şanslarını artırır.“Səhər oyandıqdan sonra su içmək daha uzun ömür sürmək şanslarınızı artırmaq üçün sadə, lakin təsirli bir yoldur”, - deyə Viki Godfri bildirib. Ekspert qeyd edib ki, su içməyin faydası barədə çox adamın məlumatı olsa belə, əslində, kifayət qədər maye qəbul edənlər azdır. Mütəxəssisin məlumatına əsasən, təxminən hər altı yetkin insandan biri kifayət qədər su içmir, bu rəqəm insanların 60 və daha yuxarı yaş həddinə çatdıqca artır.Həkim gecə ərzində maye qəbul etməmiş hüceyrələri su ilə təmin etmək üçün səhər oyandıqdan sonra otaq temperaturunda su içməyi tövsiyə edir.“Bu səhər vərdişinin başqa bir faydası ondan ibarətdir ki, o, immun sisteminin mühüm hissəsi olan limfa sistemini tarazlamağa kömək edir. İmmun funksiyamız güclü olduqda, xəstəliklərdən qorunma səviyyəsi artır - bu, ömrün uzunluğuna müsbət təsir göstərir", - deyə ekspert əlavə edib.Viki Qodfrinin fikrincə, uzunömürlülüyü təşviq edən başqa bir səhər vərdişi - səhər saat 9-da piyada gəzməkdir – bu, möhkəm sağlamlıq üçün vacib olan D vitamininin səviyyəsini qoruyub saxlamağa effektiv kömək edir.
https://sputnik.az/20220731/gunes-yanigini-nece-mualice-etmek-lazimdir-444503143.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438902265_0:0:1792:1344_1920x0_80_0_0_c6529c8208949d0d3b6cdcc746f5eff8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, sağlamlıq, səhər
Səhərlər su içmək vərdişi uzunömürlülüyün açarıdır
Həkim gecə ərzində maye qəbul etməmiş hüceyrələri su ilə təmin etmək üçün səhər oyandıqdan sonra otaq temperaturunda su içməyi tövsiyə edir.
BAKI, 21 avqust - Sputnik. Həkimlər hesab edirlər ki, səhər oyandıqdan sonra su içmək sadə, lakin sağlamlıq üçün bir çox cəhətdən çox faydalı vərdişdir.
AZƏRTAC-ın xəbərinə görə, genetik Viki Godfri müsahibəsində bildirib ki, səhər su içmək vərdişi orqanizmin sağlamlığının qorunub saxlanmasının açarıdır, eyni zamanda, uzun ömür yaşamaq şanslarını artırır.
“Səhər oyandıqdan sonra su içmək daha uzun ömür sürmək şanslarınızı artırmaq üçün sadə, lakin təsirli bir yoldur”, - deyə Viki Godfri bildirib. Ekspert qeyd edib ki, su içməyin faydası barədə çox adamın məlumatı olsa belə, əslində, kifayət qədər maye qəbul edənlər azdır. Mütəxəssisin məlumatına əsasən, təxminən hər altı yetkin insandan biri kifayət qədər su içmir, bu rəqəm insanların 60 və daha yuxarı yaş həddinə çatdıqca artır.
Həkim gecə ərzində maye qəbul etməmiş hüceyrələri su ilə təmin etmək üçün səhər oyandıqdan sonra otaq temperaturunda su içməyi tövsiyə edir.
“Bu səhər vərdişinin başqa bir faydası ondan ibarətdir ki, o, immun sisteminin mühüm hissəsi olan limfa sistemini tarazlamağa kömək edir. İmmun funksiyamız güclü olduqda, xəstəliklərdən qorunma səviyyəsi artır - bu, ömrün uzunluğuna müsbət təsir göstərir", - deyə ekspert əlavə edib.
Viki Qodfrinin fikrincə, uzunömürlülüyü təşviq edən başqa bir səhər vərdişi - səhər saat 9-da piyada gəzməkdir – bu, möhkəm sağlamlıq üçün vacib olan D vitamininin səviyyəsini qoruyub saxlamağa effektiv kömək edir.