Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Günəş yanığını necə müalicə etmək lazımdır

© Sputnik / Murad OrujovÇimərlikdə insanlar, arxiv şəkli
Çimərlikdə insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.07.2022
Abunə olmaq
Kosmetoloqlar bədəndə olan suluqlara toxunmamaq və onlara yağ sürtməmək barədə xəbərdarlıq ediblər.
BAKI, 31 iyul — Sputnik. Əgər dəri gündə yanıbsa, bədənin temperaturunu aşağı salmaq lazımdır. Bu barədə rusiyalı kosmetoloqlar bildiriblər.
Onların sözlərinə görə, gün yanığı zamanı sərin duş və ya su ilə nəmlənmiş dəsmalı alın nahiyəsinə qoymaq kömək edəcək.
Kosmetoloqlar bədəndə olan suluqlara toxunmamaq və onlara yağ sürtməmək barədə xəbərdarlıq ediblər. Yanmış dəridə bu cür təzahürlər ikinci dərəcəli yanıq deməkdir, buna görə də onları iltihaba qarşı dərmanlarla ehtiyyatla müalicə etmək lazımdır.
"Bəzi hallarda dərinin zədələnmiş nahiyələrində şişkinliyi azaltmaq üçün antihistamin vasitələri tətbiq etmək olar. Pantenol tərkibli kremlər də su balansını qorumağa kömək edəcək", - deyə mütəxəssislər qeyd edirlər.
Bildirilir ki, bədəndə olan suluqların müalicəsini dəriyə zərər vermədən aparmaq lazımdır. Həmçinin, spirtdən istifadə etmək olmaz. Yanıqları müalicə etmək üçün xlorheksidindən istifadə etmək məsləhətdir.
Xəbər lenti
0