Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Paytaxtımızda ucaldılan heykəllər niyə uğursuzdur?

© Official website of President of Azerbaijan Republic Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsi
 Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsi - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Cahid Həsənovun fikrincə, heykəllər ucaldılmazdan əvvəl Mədəniyyət Nazirliyi bütün memarları toplamalı, bunu geniş şəkildə müzakirə etməlidir.
BAKI, 21 avqust — Sputnik. Son illər paytaxtımızda ucaldılan heykəllərin əksəriyyəti insanlar tərəfindən qəbul olunmur. İllər öncə heykəltaraş Tokay Məmmədovun xalq qəhrəmanı Koroğluya ucaldılan heykəl kompleksi insanların geniş müzakirəsinə səbəb olmuşdu. Sözügedən heykəli plagiat adlandıranlar da oldu, "Koroğlu atdan böyükdür. Altındakı Qırat yox, Ponidir" deyib rişxənd edənlər də.
Bir neçə gün öncə Bakı dənizkənarı milli parkında əfsanəvi azərbaycanlı ifaçı Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə onun abidəsinin açılışı olub. Lakin abidə paytaxt sakinlərini xeyli xəyal qırıqlığına uğradıb. Sosial şəbəkələrdə bəziləri abidənin postamentə qoyulmamasına qəzəblənib, bəziləri isə əsərin tamamilə "orijinala bənzəmədiyini" israrla qeyd edib.
Bundan əvvəl isə eyni fikirlər milyonçu Hacı Zeynalabdin Tağıyevin heykəli barədə səsləndirilib.
Bəs son illər ucaldılan heykəllərin uğursuz olmasının səbəbi nədir?
Elmlər Akademiyasının fəxri doktoru, memar Cahid Həsənov bildirib ki, hər hanısısa bir heykəl ucaldılmazdan öncə, əlaqədar təşkilatlar "açıq qapı" elan etməlidirlər. Mütləq təkliflər, müzakirələr olunmalıdır. Memarlar, dizaynerlər fikirlərini bildirməlidirlər. Memar kompozisiya verməlidir, yerini müəyyən etməlidir.
"Heykəltaraşın işi yonmaq, yoğurmadır. Mədəniyyət Nazirliyi bütün memarları toplamalı, bunu geniş şəkildə müzakirə etməli idi. Bunlar olmadığına görə, nəticə də acınacaqlı olur. Bəlkə gənc bir heykəltaraşın ağlına elə bir fikir gələ bilər ki, o çox kreativ olar", - memar deyib.
O, bir mütəxəssis kimi bu yaxınlarda açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəlinin də uğursuz olduğu qənaətindədir:
"Yaxşı olardı ki, o heykəlin arxasında onun tikdirdiyi binaların əksi olsun. Baxan da bilərdi ki, bu binaları Tağıyev tikdirib. Biz Tağıyevin kim olduğunu bilirik, amma xarici turist bilmir. Heykəlin postamenti olmalı idi. Postamentinin üzərində onun gördüyü işlər xırda detallarla əks olunmalı idi. Sovet dönəmində bütün heykəllərin postamenti olurdu. Bu ənənə çox yaxşı idi. Bütün heykəlləri yerlə bərabər etmək olmaz. Xüsusən də o, ölkə əhəmiyyətli şəxsiyyətdirsə".
"Ömər Eldarov gənclərə yol açmalıdır"
Cahid Həsənov əlavə edir ki, adi heykəllərlə monumental heykəllər arasında fərq olmalıdır:
"Müslüm Maqomayevin də heykəlində postament olmalı idi. Çox istəyərdim ki, onun məşhur "Azərbaycan" mahnısının sözləri və notları heykəlin fonunda kompazisiya şəkilində qurulsun. Not bilən xarici turistlər də notu görüb o mahnını oxuyacaqdılar. Bütün dövlət əhəmiyyətli işlərin SSRİ Xalq Rəssamına verilməsi doğru deyil. Ömər müəllim Sovet dönəmində çox möhtəşəm əsərlər yaradıb. Amma indi o, gənclərə yol açmalıdır. Çünki, artıq onun beyni yeni kompazisiyalar üçün ideyalar verə bilmir. Ona görə də hazırladığı heykəllər bir-birinə bənzəyir".
Memar qeyd edir ki, bizdə sosial yönümlü heykəllər çox azdır. Sosial yönümlü heykəllər təkcə parklarda deyil, dayanacaqlarda, yol kənarlarında da qurula bilər:
"Dəfələrlə bu təklifi vermişəm, amma həyata keçirən yoxdur. Məsələn, Şəki ipəyini, nağıl qəhrəmanlarını, xalçaçılarımızı, sənətkarlarımızı, mahnılarımızı tərənnüm edən bir heykəl yoxdur. Bu heykəllər turistləri cəlb etmək üçün ən güclü reklam vasitəsidir. Məsələn, Şəki ipəyini tərənnüm edən heykəl Fəvvarələr meydanında qurulsa, gələn turisti cəlb edəcək. Ola bilər ki, o turistin Şəkiyə getmək imkanı yoxdur. Amma o biləcək ki, bu ölkədə ipəkçik var. Sosial yönümlü heykəllərə postament qoymağa ehtiyac yoxdur. Mən "Sarı gəlin" mahnısına abidə kompleksi işlədim. Əlaqədar təşkilatlar maraqlanmadı".
Şəhərdə olan heykəllərin vəziyyəti barədə danışan Cahid Həsənov təəssüf hissi ilə qeyd etdi ki, paytaxtın mərkəzində, istərsə də kənarda ucaldılan heykəllər quşların yuva məkanı olub:
"Şəhərdəki heykəllər ilin bütün fəsillərində çirkli olur. İldə heç bir dəfə yuyulmur. Bu il paytaxtın mərkəzində olan bir neçə heykəl yuyuldu, kənardakılar qaldı. Xüsusi bir maddə var, onu heykələ çəkəndə quşlar onun üzərinə qonmur. Deyək ki, o maddəni çəkmirlər, barı ildə iki dəfə yuyulsun. Gələn turistlərdə bizə qarşı pis fikir formalaşır ki, bunlar necə millətdir, öz dahilərinə belə münasibət bəsləyirlər".
Memarın fikrincə, heykəlləri ucaltmaqla iş bitmir. Onların sənət əsəri kimi, zövqlə yaradılması və qorunması da vacibdir.
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi - Sputnik Azərbaycan, 1920, 19.08.2022
MƏDƏNİYYƏT
Müslüm Maqomayevin abidəsinin müəllifi tənqidçilərə cavab verib - foto
Xəbər lenti
0