Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Müslüm Maqomayevin abidəsinin müəllifi tənqidçilərə cavab verib - foto

© Sputnik / Murad OrujovDənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Heykəltəraş Ömər Eldarov əmindir ki, SSRİ xalq artistinin Bakıda ucaldılan abidəsi müğənninin pərəstişkarları arasında məşhur məkana çevriləcək.
BAKI, 19 avqust — Sputnik. Bakı dənizkənarı milli parkında əfsanəvi azərbaycanlı ifaçı Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə onun abidəsinin açılışı olub.
Bu, müğənninin pərəstişkarları üçün gözəl hədiyyəyə çevrilib. Lakin abidənin ucaldılması ilə bağlı müxtəlif səbəblərdən narazılıq edənlər də olub. Belə ki, sosial şəbəkələrdə bəziləri abidənin postamentə qoyulmamasına qəzəblənib, bəziləri isə əsərin tamamilə "orijinala bənzəmədiyini" israrla qeyd edib.
"Sputnik Azərbaycan" əsərin müəllifi, xalq artisti Ömər Eldarovla əlaqə saxlayıb. Ö. Eldarov heykəlin ərsəyə gəlməsindən danışıb və tənqidçilərə cavab verib.
© Sputnik / Murad OrujovDənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi
Abidə üzərində iş
Heykəltəraş Maqomayevlə şəxsən tanış olub. O, həm də müğənninin Bakıda fəxri Xiyabanda ucaldılan qəbirüstü abidəsinin müəllifidir. Bu dəfə Eldarov işə başlayaraq eskiz hazırlayıb. Agentliyin həmsöhbətinin etiraf etdiyi kimi, abidənin yaradılmasında müğənninin ifa etdiyi sevimli mahnılarından biri olan "Mavi əbədiyyət" mahnısından ilhamlanıb.
"Müslüm hündürboylu, qamətli, yaraşıqlı, alçaq səsli, gülərüzlü, xeyirxah idi. O, heç vaxt gülümsəmədən adamla salamlaşıb, tanış olmazdı. Əvvəlcə gülümsəyər, sonra tanış olardı", – deyə heykəltəraş bildirib.
© Sputnik / Murad OrujovDənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi
Eldarov tunc abidənin üzərində iki ilə yaxın işləyib. Onun hündürlüyü iki metrdir. Müəllifin izahına görə, qarşısında duran vəzifə Maqomayevin daxili dünyasının zənginliyini, təkrarolunmaz və çoxşaxəli istedadını, ruhunun bütün genişliyini, vətənpərvərliyini çatdırmaqdan ibarət idi. Əsərin hazırlanması zamanı əfsanəvi ustadın dul xanımı, SSRİ xalq artisti Tamara Sinyavskayanın bütün istəkləri nəzərə alınıb.
"Mən şadam ki, sonda o, abidəni çox bəyəndi", - deyə heykəltəraş qeyd edib.
Ömər Eldarov əmindir ki, sənətkarın abidəsi onun müxtəlif ölkələrdən olan pərəstişkarlarının ziyarət yerinə çevriləcək.
"O, çox gözəl yerdə, Maqomayevin dəlicəsinə sevdiyi Xəzər dənizinin sahilində quraşdırılıb. Abidə postamentsiz də çox təsiredici görünür. Çünki müğənninin özünün də boyu hündür idi".
© Sputnik / Murad OrujovDənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi
Sosial şəbəkələrdən nədən narazıdırlar
Xalq artistinin yaradıcılığının pərəstişkarları uzun müddətdir ki, abidənin qoyulmasını gözləsələr də, heç də hamı heykələ heyran qalmayıb. Pərəstişkarların narazılığına ən çox səbəb postamentin olmaması və onların fikrincə, heykəlin zahirən dahi müğənniyə bənzəməməsidir.
"Burada ümumiyyətlə heç bir memarlıq həlli və ətraf məkanla əlaqə yoxdur", "Bir yığın AMMA ilə heç də ideal olmayan bir heykəl, digər tərəfdən isə sadəcə, onun bulvarda olması, orada olması mənə çox yaxşı təsir bağışladı", "Onun abidəsi bulvarda çox çatışmırdı, amma bunu belə böyük bir sənətkar üçün düzəldirsənsə, ona bənzəməlidir. Əks halda, bu, nəsə hörmətsizlik kimi görünür", - deyə Maqomayevin pərəstişkarları sosial şəbəkələrdə yazıblar.
© Sputnik / Murad OrujovDənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi
Yaxşıdır, amma daha yaxşı ola bilərdi...
Azərbaycan memarlar İttifaqının idarə heyətinin üzvü Elçin Əliyev hesab edir ki, Ömər Eldarov böyük müğənninin hərəkətini "tutmağı" və onun obrazını çatdırmağı məharətlə bacarıb. Dahi azərbaycanlının abidəsinin Bakı dənizkənarı milli parkında qoyulması ideyası, onun fikrincə, "sadəcə, möhtəşəmdir".
"Lakin o zaman bu heykəlin ərazisindən bütün digər metal heykəllər yığışdırılmalıdır - onlar bizim ən yaxşı heykəltəraşımızın bugünkü əsərinə bənzəyirlər. Hər şey heç də pis alınmayıb, amma, nədənsə, acizlik və inciklik hissi tərk etmir – axı, biz bunu yaxşı, daha yaxşı edə bilərdik", - deyə Əliyev hesab edir.
Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. İlk uğur ona 1962-ci ildə gəlib. 1960-cı illərdə o, artıq Azərbaycan dövlət akademik opera və balet teatrının solisti olub, Milanda dünyaca məşhur "La Skala" teatrında təcrübə keçib.
Onun repertuarında 600-ə yaxın əsər olub.
Xalq artisti 2008-ci ildə 66 yaşında Moskvada vəfat edib. Bakıda fəxri Xiyabanda dəfn edilib.
Xəbər lenti
0