Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Umayra Tağıyeva: "Quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır"

© Sputnik / Irade JELILETSN-də mətbuat konfransı
ETSN-də mətbuat konfransı - Sputnik Azərbaycan, 1920, 20.08.2022
Abunə olmaq
Son günlər ölkənin şimal bölgəsini yanğınlar bürüyüb. Yanğın minlərlə hektar ərazini əhatə edib.
BAKI, 20 avqust - Sputnik. "Uzun sürən yüksək temperatur şəraiti fonunda quraq havaların üstünlüyü meşələrimizdə yanğın təhlükəsini yüksəldir".
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, məzuniyyət və qısamüddətli istirahətini meşəlik ərazilərdə keçirmək istəyənlərin sayının çox olması, bəzi insanların məsuliyyətsizliyi yanğın təhlükəsini daha da artırır:
"Təbii ki, yağış yağdıqda, torpaq nəm olduqda yanğın təhlükəsi ehtimalı azalır. Lakin son dövrdə davam edən quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır. Yanğın təhlükəli meteoroloji şərait fonunda hətta səhlənkarlıq nəticəsində quru otların yandırılması, söndürülməmiş atılan kibrit çöpü və siqaret belə yanğın fəlakətinə səbəb ola bilər. İstirahətə gələnlər tərəfindən ocaq və manqalların qalanması da təhlükə mənbəyidir. Meşələr xalqın sərvətidir. Eyni zamanda unikal ekosistemdir. Hamılıqla məsuliyyətli olaq və meşələrimizi qoruyaq".
Qeyd edək ki, son günlər ölkənin şimal bölgəsini yanğınlar bürüyüb. Yanğın minlərlə hektar ərazini əhatə edib.
İsmayıllı rayonunun Lahıc qəsəbəsinə aparan yoldakı asma körpü - Sputnik Azərbaycan, 1920, 20.08.2022
HADİSƏ
İsmayıllıda qəsdən yanğın törətmə faktının üstü açılıb
Xəbər lenti
0