https://sputnik.az/20220820/abserondaki-mektebde-forma-qalmaqali-445187405.html
Abşerondakı məktəbdə forma qalmaqalı
Abşerondakı məktəbdə forma qalmaqalı
Sputnik Azərbaycan
Mehdiabad qəsəbə 1 №li tam orta məktəbin direktorunun forma ilə bağlı tələbi valideynlərin haqlı narazılığına səbəb olub. 20.08.2022, Sputnik Azərbaycan
2022-08-20T11:00+0400
2022-08-20T11:00+0400
2022-08-20T11:00+0400
abşeron
təhsil
məktəb
məktəb direktoru
məktəbli forması
məktəbli formaları
https://cdnn1.img.sputnik.az/img/07e6/08/11/445085821_0:0:1280:721_1920x0_80_0_0_ff758f57362090c329c426d08f4b68ac.jpg
BAKI, 20 avqust — Sputnik. Abşeron rayon Mehdiabad qəsəbə 1 №li tam orta məktəbdə 1-ci sinif şagirdlərindən məktəbə köhnə məktəbli formasında gəlmək tələb olunur. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. Onlar bildiriblər ki, bu il məktəbə ilk qədəm basacaq övladlarına Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş yeni məktəbli forması almaq istəsələr də, direktor buna qadağa qoyub. Birincilərin valideynləri üçün yaradılmış vatsap qruplarında məktəb rəhbərliyindən bildiriblər ki, şagirdlər dərsə köhnə məktəbli formasında gəlməlidirlər. Bu, haqlı olaraq valideynlərin narazılığına səbəb olub. Valideynlər buna etiraz edərək iki dəfə xərcə düşmək istəmədiklərini, 1-ci sinfə gedəcək övladlarına yeni təsdiqlənmiş məktəbli forması alacaqlarını söyləyiblər. Məktəbin rəhbərliyindən isə bildiriblər ki, bu il köhnə formanı alsınlar, növbəti ildən kim istəyərsə, övladına yeni təsdiqlənmiş məktəbli formasını ala bilər.Mehdiabad qəsəbə 1 №li tam orta məktəbin direktoru Pənah Babayev isə valideynlərin onları düzgün anlamadığını söyləyib. Bildirib ki, Mehdiabad qəsəbə 1 №li məktəbdə əvvəlki illərdən istifadə edilən məktəbli formaları yeni təsdiqlənmiş formaların oxşarıdır. Ona görə də, valideynlərə bildirilib ki, onlar uşaqlarını həmin formada da məktəbə göndərə bilərlər.P.Babayev bildirib ki, bununla belə, heç bir valideynə övladına yeni təsdiqlənmiş məktəbli formasını almaq qadağası qoyulmayıb. Valideynlər öz övladlarını məktəbə yeni təsdiqlənmiş məktəbli formasında da göndərə bilərlər.Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ni təsdiq edib.Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket
https://sputnik.az/20220817/mektebli-formalarinin-satisina-baslanildi---valideynler-qiymetlerden-narazidir---vdeo-445102609.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/11/445085821_0:0:1280:960_1920x0_80_0_0_1f6d0d7d577a1650d67cf7b94a6af787.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
abşeron, məktəb, məktəb direktoru, məktəbli forması, məktəbli formaları
abşeron, məktəb, məktəb direktoru, məktəbli forması, məktəbli formaları
Abşerondakı məktəbdə forma qalmaqalı
Mehdiabad qəsəbə 1 №li tam orta məktəbin direktorunun forma ilə bağlı tələbi valideynlərin haqlı narazılığına səbəb olub.
BAKI, 20 avqust — Sputnik. Abşeron rayon Mehdiabad qəsəbə 1 №li tam orta məktəbdə 1-ci sinif şagirdlərindən məktəbə köhnə məktəbli formasında gəlmək tələb olunur. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. Onlar bildiriblər ki, bu il məktəbə ilk qədəm basacaq övladlarına Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş yeni məktəbli forması almaq istəsələr də, direktor buna qadağa qoyub.
Birincilərin valideynləri üçün yaradılmış vatsap qruplarında məktəb rəhbərliyindən bildiriblər ki, şagirdlər dərsə köhnə məktəbli formasında gəlməlidirlər. Bu, haqlı olaraq valideynlərin narazılığına səbəb olub. Valideynlər buna etiraz edərək iki dəfə xərcə düşmək istəmədiklərini, 1-ci sinfə gedəcək övladlarına yeni təsdiqlənmiş məktəbli forması alacaqlarını söyləyiblər. Məktəbin rəhbərliyindən isə bildiriblər ki, bu il köhnə formanı alsınlar, növbəti ildən kim istəyərsə, övladına yeni təsdiqlənmiş məktəbli formasını ala bilər.
Mehdiabad qəsəbə 1 №li tam orta məktəbin direktoru Pənah Babayev isə valideynlərin onları düzgün anlamadığını söyləyib. Bildirib ki, Mehdiabad qəsəbə 1 №li məktəbdə əvvəlki illərdən istifadə edilən məktəbli formaları yeni təsdiqlənmiş formaların oxşarıdır. Ona görə də, valideynlərə bildirilib ki, onlar uşaqlarını həmin formada da məktəbə göndərə bilərlər.
P.Babayev bildirib ki, bununla belə, heç bir valideynə övladına yeni təsdiqlənmiş məktəbli formasını almaq qadağası qoyulmayıb. Valideynlər öz övladlarını məktəbə yeni təsdiqlənmiş məktəbli formasında da göndərə bilərlər.
Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ni təsdiq edib.
Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:
Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;
Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;
Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;
Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket