https://sputnik.az/20220817/mektebli-formalarinin-satisina-baslanildi---valideynler-qiymetlerden-narazidir---vdeo-445102609.html
Məktəbli formalarının satışına başlanıldı - Valideynlər qiymətlərdən narazıdır - VİDEO
Məktəbli formalarının satışına başlanıldı - Valideynlər qiymətlərdən narazıdır - VİDEO
Sputnik Azərbaycan
Valideynlər bildirir ki, yay və qış üçün bir dəst məktəbli forması onlara 80 manata başa gəlir. 17.08.2022, Sputnik Azərbaycan
2022-08-17T14:04+0400
2022-08-17T14:04+0400
2022-08-17T14:04+0400
əli əsədov
cəmiyyət
forma
məktəbli
məktəbli forması
https://cdnn1.img.sputnik.az/img/07e6/08/11/445085868_0:221:1280:941_1920x0_80_0_0_f4c52405ce9bd644523e03f54ba511b9.jpg.webp
BAKI, 17 avqust — Sputnik. Bu gündən "Bakı Tikiş Evi" (BTE) ASC məktəbli formalarının satışına başlayıb. BTE-nin satış üzrə müdiri Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli formaları iki rəngdədir. Bunlar ağ rəng köynək (polo), göy şalvar, göy jaket və mavi polo, boz şalvar, boz ətək və boz jaketdir.Formalar marketdə satılacaqE.Əzimovun sözlərinə görə, hazırda satışa yay məktəbli dəsti çıxardılıb. Uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manata, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur. Jaketin qiyməti isə 27 manatadır. Şöbə müdiri qeyd edib ki, məktəbli formaları hazırda BTE-nin əsas ofisindəki satış mərkəzində satışa çıxardılıb. Sabahdan isə "Bravo" marketlər şəbəkəsində satışa başlanılacaq.E.Əzimov bildirib ki, məktəbli formalarının keyfiyyəti tələb olunan normalara cavab verir. Onun sözlərinə görə, tələblərə görə, pololar 100 faiz pambıqdan olmalıdır. Şalvar və ətəklərin parçası isə 60 faiz yun, 40 faiz polyesterdən ola bilər: "Bizim istehsal etdiyimiz məktəbli formaları bu tələblərə cavab verir".E.Əzimov onu da qeyd edib ki, məktəbli formaları 26 ölçüdən 54 ölçüyədək dəyişir.Valideynlər iki dəfə xərcə düşmək istəmirlərMəktəbli formalarının satışına hələ bu gün başlanılsa da, artıq BTE-nin satış mərkəzində xeyli sayda valideyn vardı. Sputnik Azərbaycan məktəbli formalarının qiyməti ilə bağlı valideynlərin fikrini də öyrənib.Nailə Ucalova adlı valideyn Sputnik Azərbaycan-a bildirib ki, məktəbdən onlara forma almaq tələbi qoyulmayıb. Amma övladının ağ köynək və göy şalvarı qısaldığından yeni forma almaq qərarına gəlib: "Uşağa onsuz da bu il şalvar-köynək almalıyam. Fikirləşdim ki, iki dəfə xərcə düşməyim. Onsuz da gələn ildən bütün şagirdlər yeni formada məktəbə gedəcək. Ona görə də bu ildən alıram".Valideynlər qiymətdən narazıdırYeni məktəbli formalarının qiymətindən isə valideynlərin çoxu narazılıqlarını ifadə etdilər.Həmsöhbət olduğumuz alıcılardan biri bildirdi ki, köynəyin qiymətinin 14, şalvarın isə 25 manata satılması fantastikdir: "Uzunqol köynək də 14 manatdır, qısaqol da. Amma əslində qiymət fərqi olmalıdır. Bu qədər baha satmaq olmaz. Valideynləri də fikirləşmək lazımdır. Biz istənilən ticarət mərkəzindən bu köynəyi 8 manata ala bilərdik. Şalvarın isə qiyməti 25 manata çox bahadır. 10 manata bu formada şalvar almaq mümkündür. Mənim 5 nəvəm məktəbə gedəcək. Necə alım bu qiymətə formanı? Məcbur etsələr alacam, məcbur etməsələr yox!"."Bir uşağı geyindirməyə 80 manat lazımdır"Həmsöhbət olduğumuz digər alıcılar isə məktəbli formasının yay və qış fəsli üçün ayrı olmasının onların xərcini daha da artırdığını söyləyir. Leyla Muradova adlı valideyn bildirdi ki, qızına həm qolu qısa, həm də qolu uzun köynək almalıdır. 28 manat köynəyə pul verməliyəm. 27 manata da jaket alsam, bir uşağı geyindirməyə valideynin 80 manat xərci çıxır. Bunu nəzərə alan yoxdur. Əgər qolu uzun köynək almasaq, bir uşaq üçün 66 manat xərc çəkməliyik. Mən hələ ki, qolu qısa köynək və ətək alacağam. Bu dəstin qiyməti 39 manatdır. Görürsünüz ki, valideynlərin çoxu baxıb çıxır. Elə ev var ki, iki, üç uşaq dərsə gedir. Onda valideynin xərci daha da artır. Bununla uşağın xərci qurtarmır axı. Ayaqqabısı, çantası, məktəbli ləvazimatları var. Onda valideyn bir aylıq maaşını xərcləməlidir ki, uşağı məktəbə yola salsın". Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ni təsdiq edib. Qərara əsasən, bundan öncəki geyim formalarından tədris ilinin sonunadək istifadə etmək mümkün olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/11/445085868_20:183:1027:938_1920x0_80_0_0_3c91909bb55d5b97c5520ecf0d77f2a0.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
əli əsədov, forma, məktəbli, məktəbli forması
əli əsədov, forma, məktəbli, məktəbli forması
Məktəbli formalarının satışına başlanıldı - Valideynlər qiymətlərdən narazıdır - VİDEO
Valideynlər bildirir ki, yay və qış üçün bir dəst məktəbli forması onlara 80 manata başa gəlir.
BAKI, 17 avqust — Sputnik. Bu gündən "Bakı Tikiş Evi" (BTE) ASC məktəbli formalarının satışına başlayıb. BTE-nin satış üzrə müdiri Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli formaları iki rəngdədir. Bunlar ağ rəng köynək (polo), göy şalvar, göy jaket və mavi polo, boz şalvar, boz ətək və boz jaketdir.
Formalar marketdə satılacaq
E.Əzimovun sözlərinə görə, hazırda satışa yay məktəbli dəsti çıxardılıb. Uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manata, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur. Jaketin qiyməti isə 27 manatadır. Şöbə müdiri qeyd edib ki, məktəbli formaları hazırda BTE-nin əsas ofisindəki satış mərkəzində satışa çıxardılıb. Sabahdan isə "Bravo" marketlər şəbəkəsində satışa başlanılacaq.
E.Əzimov bildirib ki, məktəbli formalarının keyfiyyəti tələb olunan normalara cavab verir. Onun sözlərinə görə, tələblərə görə, pololar 100 faiz pambıqdan olmalıdır. Şalvar və ətəklərin parçası isə 60 faiz yun, 40 faiz polyesterdən ola bilər: "Bizim istehsal etdiyimiz məktəbli formaları bu tələblərə cavab verir".
E.Əzimov onu da qeyd edib ki, məktəbli formaları 26 ölçüdən 54 ölçüyədək dəyişir.
Valideynlər iki dəfə xərcə düşmək istəmirlər
Məktəbli formalarının satışına hələ bu gün başlanılsa da, artıq BTE-nin satış mərkəzində xeyli sayda valideyn vardı. Sputnik Azərbaycan məktəbli formalarının qiyməti ilə bağlı valideynlərin fikrini də öyrənib.
Nailə Ucalova adlı valideyn Sputnik Azərbaycan-a bildirib ki, məktəbdən onlara forma almaq tələbi qoyulmayıb. Amma övladının ağ köynək və göy şalvarı qısaldığından yeni forma almaq qərarına gəlib: "Uşağa onsuz da bu il şalvar-köynək almalıyam. Fikirləşdim ki, iki dəfə xərcə düşməyim. Onsuz da gələn ildən bütün şagirdlər yeni formada məktəbə gedəcək. Ona görə də bu ildən alıram".
Valideynlər qiymətdən narazıdır
Yeni məktəbli formalarının qiymətindən isə valideynlərin çoxu narazılıqlarını ifadə etdilər.
Həmsöhbət olduğumuz alıcılardan biri bildirdi ki, köynəyin qiymətinin 14, şalvarın isə 25 manata satılması fantastikdir: "Uzunqol köynək də 14 manatdır, qısaqol da. Amma əslində qiymət fərqi olmalıdır. Bu qədər baha satmaq olmaz. Valideynləri də fikirləşmək lazımdır. Biz istənilən ticarət mərkəzindən bu köynəyi 8 manata ala bilərdik. Şalvarın isə qiyməti 25 manata çox bahadır. 10 manata bu formada şalvar almaq mümkündür. Mənim 5 nəvəm məktəbə gedəcək. Necə alım bu qiymətə formanı? Məcbur etsələr alacam, məcbur etməsələr yox!".
"Bir uşağı geyindirməyə 80 manat lazımdır"
Həmsöhbət olduğumuz digər alıcılar isə məktəbli formasının yay və qış fəsli üçün ayrı olmasının onların xərcini daha da artırdığını söyləyir. Leyla Muradova adlı valideyn bildirdi ki, qızına həm qolu qısa, həm də qolu uzun köynək almalıdır. 28 manat köynəyə pul verməliyəm. 27 manata da jaket alsam, bir uşağı geyindirməyə valideynin 80 manat xərci çıxır. Bunu nəzərə alan yoxdur. Əgər qolu uzun köynək almasaq, bir uşaq üçün 66 manat xərc çəkməliyik. Mən hələ ki, qolu qısa köynək və ətək alacağam. Bu dəstin qiyməti 39 manatdır. Görürsünüz ki, valideynlərin çoxu baxıb çıxır. Elə ev var ki, iki, üç uşaq dərsə gedir. Onda valideynin xərci daha da artır. Bununla uşağın xərci qurtarmır axı. Ayaqqabısı, çantası, məktəbli ləvazimatları var. Onda valideyn bir aylıq maaşını xərcləməlidir ki, uşağı məktəbə yola salsın".
Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ni təsdiq edib. Qərara əsasən, bundan öncəki geyim formalarından tədris ilinin sonunadək istifadə etmək mümkün olacaq.