Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan tankçıları yarımfinala yüksəliblər

© AR Ministry of Defence“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər
“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər
 - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.
BAKI, 19 avqust — Sputnik. Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Xəbərə görə, "Fərdi sürmə" mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.
Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.
"Ordu Oyunları-2022"
Bu il "Beynəlxalq Ordu Oyunları-2022" 12 ölkədə, o cümlədən Belarus, Azərbaycan, Əlcəzair, Venesuela, Vyetnam, İran və Rusiyada keçirilir. Oyunlarda 37 ölkədən 270-dən çox komanda iştirak edir, o cümlədən yeni gələnlər arasında Niger və Ruanda da var.
Azərbaycan hərbçiləri "Ordu Oyunları-2022"nin dörd yarışında iştirak edirlər: "Tank biatlonu", "Dəniz kuboku", "Artilleriya atəşinin ustaları" və "Snayper həddi".
Azərbaycan beşinci dəfədir ki, dəniz kuboku yarışına ev sahibliyi edir. "Dəniz kuboku" yarışı avqustun 27-dək davam edəcək
Sputnik "Ordu-2022" forumunun beynəlxalq informasiya tərəfdaşıdır.
Azərbaycan tankçıları qalib olublar - Sputnik Azərbaycan, 1920, 19.08.2022
HƏRBİ
Azərbaycan tankçıları qalib olublar - VİDEO
Xəbər lenti
0