https://sputnik.az/20220819/qubada-un-novbesi-yarandi-445198960.html
Qubada un növbəsi yarandı
Qubada un növbəsi yarandı
Sputnik Azərbaycan
Rayonlarda 50 kiloqramlıq unun bir kisəsinin qiyməti 45 manata qalxıb. 19.08.2022, Sputnik Azərbaycan
2022-08-19T22:11+0400
2022-08-19T22:11+0400
2022-08-19T22:11+0400
un
cəmiyyət
quba
çörək
https://cdnn1.img.sputnik.az/img/42247/60/422476036_0:0:3073:1728_1920x0_80_0_0_4213a9b0d954f96043aa20d4749c121c.jpg
BAKI, 19 avqust — Sputnik. Qubanın anbarlarında un ehtiyatları tükənib. Bunu Sputnik Azərbaycan-a şəhər bələdiyyəsinin başçısı Elvin Hüseynov bildirib.Dünəndən etibarən rayon mərkəzində un əldə etmək istəyən vətəndaşlar satış məntəqələrinin qarşısına toplaşıb. Nəzərə alaq ki, bir gün əvvəl alıcı birdən 6-8 kisə un ala bilirdi."Vəziyyəti nəzarətə götürməli olduq. Hamıya unun çatması üçün hər alıcıya bir kisədən artıq un satılmayıb. Hazırda isə un yoxdur. Qiymət artımından sonra tədarük olmayıb", - Hüseynov bildirib.Dünən hətta qonşu Xaçmaz və Qusar rayonlarının sakinləri də un almaq üçün Qubaya gəliblər. Belə ki, orada un bir neçə gün əvvəl bahalaşıb (indiki qiymət 43-45 manat təşkil edir).Hüseynovun sözlərinə görə, rayon mərkəzinə hər gün 25-30 tona yaxın (600-700 kisə) un gətirilir.Bir gün əvvəl 50 kq çəkisi olan un kisəsi 37,5 manata satılıb. Bu gün topdan satıcılar qiyməti qaldırıb – "Karmen" brendi 40,7 manata, "Sarısünbül" isə alıcılara 40,8 manata təklif olunur.Qubaya yeni un partiyasının yalnız avqustun 20-də gətiriləcəyi güman edilir.Məlumatlara görə, analoji hadisə bu gün Şamaxıda da yaşanıb. Şamaxıda sakinlər un almaq üçün uzun növbə gözləməli olublar.Xatırladaq ki, bu gündən 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat müəyyən edilib. Bunun yeni qiymətinə uyğun olaraq 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qramlıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qramlıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.
https://sputnik.az/20220819/corek-ve-un-memulatlari-da-bahalasdi---videoreportaj-445195129.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42247/60/422476036_0:0:2731:2048_1920x0_80_0_0_2b2a758f2265ab4acbebc18535eeda43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
un, quba, çörək
Qubada un növbəsi yarandı
Rayonlarda 50 kiloqramlıq unun bir kisəsinin qiyməti 45 manata qalxıb.
BAKI, 19 avqust — Sputnik. Qubanın anbarlarında un ehtiyatları tükənib. Bunu Sputnik Azərbaycan-a şəhər bələdiyyəsinin başçısı Elvin Hüseynov bildirib.
Dünəndən etibarən rayon mərkəzində un əldə etmək istəyən vətəndaşlar satış məntəqələrinin qarşısına toplaşıb. Nəzərə alaq ki, bir gün əvvəl alıcı birdən 6-8 kisə un ala bilirdi.
"Vəziyyəti nəzarətə götürməli olduq. Hamıya unun çatması üçün hər alıcıya bir kisədən artıq un satılmayıb. Hazırda isə un yoxdur. Qiymət artımından sonra tədarük olmayıb", - Hüseynov bildirib.
Dünən hətta qonşu Xaçmaz və Qusar rayonlarının sakinləri də un almaq üçün Qubaya gəliblər. Belə ki, orada un bir neçə gün əvvəl bahalaşıb (indiki qiymət 43-45 manat təşkil edir).
Hüseynovun sözlərinə görə, rayon mərkəzinə hər gün 25-30 tona yaxın (600-700 kisə) un gətirilir.
Bir gün əvvəl 50 kq çəkisi olan un kisəsi 37,5 manata satılıb. Bu gün topdan satıcılar qiyməti qaldırıb – "Karmen" brendi 40,7 manata, "Sarısünbül" isə alıcılara 40,8 manata təklif olunur.
Qubaya yeni un partiyasının yalnız avqustun 20-də gətiriləcəyi güman edilir.
Məlumatlara görə, analoji hadisə bu gün Şamaxıda da yaşanıb. Şamaxıda sakinlər un almaq üçün uzun növbə gözləməli olublar.
Xatırladaq ki, bu gündən 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat müəyyən edilib. Bunun yeni qiymətinə uyğun olaraq 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qramlıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qramlıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.