https://sputnik.az/20220819/qazaxistandan-muhum-zeng-azerbaycan-avrasiya-qtisadi-ttifaqinin-iclasina-devet-edildi-445195618.html
Qazaxıstandan mühüm zəng: Azərbaycan Avrasiya İqtisadi İttifaqının iclasına dəvət edildi
Qazaxıstandan mühüm zəng: Azərbaycan Avrasiya İqtisadi İttifaqının iclasına dəvət edildi
Sputnik Azərbaycan
Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Baş nazir Əli Əsədovu Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün qonaq qismində... 19.08.2022, Sputnik Azərbaycan
2022-08-19T17:36+0400
2022-08-19T17:36+0400
2022-08-19T17:36+0400
qazaxıstan
siyasət
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153789_0:160:3072:1888_1920x0_80_0_0_b66a80fb239ff638a0d9ccf437710cdc.jpg
BAKI, 19 avqust — Sputnik. Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Azərbaycanın Baş naziri Əli Əsədovu Avrasiya Hökumətlərarası Şurasının qarşıdan gələn iclasında qonaq qismində iştirak etməyə dəvət edib. Bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb."Qırğız Respublikası Nazirlər Kabinetinin sədri ilə Azərbaycan Respublikasının Baş naziri arasında telefon danışığı olub. Japarov Əsədovu Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstan Respublikasına qonaq qismində səfərə dəvət edib. Bu il iclas avqustun 25-26-da Çolpon-Ata şəhərində keçirilib", - məlumatda deyilir.Mətbuat xidməti əlavə edib ki, söhbət zamanı tərəflər Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.Avrasiya İqtisadi İttifaqı regional iqtisadi inteqrasiya üçün beynəlxalq təşkilatdır. Aİİ malların, habelə xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst fəaliyyətini və iqtisadiyyatın sektorlarında əlaqələndirilmiş və vahid siyasətin aparılmasını təmin edir. Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək.Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.
https://sputnik.az/20220818/qazaxistan-prezidenti-evvel-sociye-sonra-ise-bakiya-gelecek-445152071.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153789_171:0:2902:2048_1920x0_80_0_0_0492c232019f2cfe7ad5393828ba01d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qazaxıstan, əli əsədov
Qazaxıstandan mühüm zəng: Azərbaycan Avrasiya İqtisadi İttifaqının iclasına dəvət edildi
Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Baş nazir Əli Əsədovu Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün qonaq qismində səfərə dəvət edib.
BAKI, 19 avqust — Sputnik. Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Azərbaycanın Baş naziri Əli Əsədovu Avrasiya Hökumətlərarası Şurasının qarşıdan gələn iclasında qonaq qismində iştirak etməyə dəvət edib. Bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Qırğız Respublikası Nazirlər Kabinetinin sədri ilə Azərbaycan Respublikasının Baş naziri arasında telefon danışığı olub. Japarov Əsədovu Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstan Respublikasına qonaq qismində səfərə dəvət edib. Bu il iclas avqustun 25-26-da Çolpon-Ata şəhərində keçirilib", - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, söhbət zamanı tərəflər Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Avrasiya İqtisadi İttifaqı regional iqtisadi inteqrasiya üçün beynəlxalq təşkilatdır. Aİİ malların, habelə xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst fəaliyyətini və iqtisadiyyatın sektorlarında əlaqələndirilmiş və vahid siyasətin aparılmasını təmin edir. Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək.
Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.