https://sputnik.az/20220818/qazaxistan-prezidenti-evvel-sociye-sonra-ise-bakiya-gelecek-445152071.html
Qazaxıstan prezidenti əvvəl Soçiyə, sonra isə Bakıya gələcək
Qazaxıstan prezidenti əvvəl Soçiyə, sonra isə Bakıya gələcək
Sputnik Azərbaycan
Kasım-Jomart Tokayev Vladimir Putin və İlham Əliyevlə strateji tərəfdaşlıq və ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək. 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T15:00+0400
2022-08-18T15:00+0400
2022-08-18T15:00+0400
siyasət
prezident ilham əliyev
rusiya prezidenti vladimir putin
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883639_0:71:3073:1799_1920x0_80_0_0_c3056136a49ed03aa8fe58eae55099b1.jpg
BAKI, 18 avqust — Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev avqustun 19-da Soçiyə səfəri zamanı Rusiya lideri Vladimir Putinlə strateji tərəfdaşlıq və ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə etməyi planlaşdırır. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. "Avqustun 19-da prezident Qasım-Jomart Tokayev Soçi şəhərinə işgüzar səfər edəcək. Səfər çərçivəsində Qazaxıstan və Rusiya liderləri arasında danışıqlar aparılacaq, danışıqlar zamanı Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələləri müzakirə olunacaq, o cümlədən ticari-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq”, - məlumatda deyilir. Daha əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, inteqrasiya birlikləri, o cümlədən Qazaxıstanın bu il sədrlik etdiyi MDB çərçivəsində ikitərəfli əməkdaşlıq məsələsinə toxunulacaq. Prezidentlər sonuncu dəfə bu ilinin iyununda, Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında iştirak edəndə görüşüb. Eyni zamanda, iyul ayında Rusiya və Qazaxıstan liderləri arasında telefon danışığı olub, onlar ticarət-iqtisadi və enerji sektorlarında layihələrin ardıcıl həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək.Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883639_24:0:2753:2047_1920x0_80_0_0_829ac634912a524c871f104d87160733.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, rusiya prezidenti vladimir putin, kasım-jomart tokayev
prezident ilham əliyev, rusiya prezidenti vladimir putin, kasım-jomart tokayev
Qazaxıstan prezidenti əvvəl Soçiyə, sonra isə Bakıya gələcək
Kasım-Jomart Tokayev Vladimir Putin və İlham Əliyevlə strateji tərəfdaşlıq və ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.
BAKI, 18 avqust — Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev avqustun 19-da Soçiyə səfəri zamanı Rusiya lideri Vladimir Putinlə strateji tərəfdaşlıq və ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə etməyi planlaşdırır.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Avqustun 19-da prezident Qasım-Jomart Tokayev Soçi şəhərinə işgüzar səfər edəcək. Səfər çərçivəsində Qazaxıstan və Rusiya liderləri arasında danışıqlar aparılacaq, danışıqlar zamanı Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələləri müzakirə olunacaq, o cümlədən ticari-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq”, - məlumatda deyilir.
Daha əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, inteqrasiya birlikləri, o cümlədən Qazaxıstanın bu il sədrlik etdiyi MDB çərçivəsində ikitərəfli əməkdaşlıq məsələsinə toxunulacaq. Prezidentlər sonuncu dəfə bu ilinin iyununda, Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında iştirak edəndə görüşüb.
Eyni zamanda, iyul ayında Rusiya və Qazaxıstan liderləri arasında telefon danışığı olub, onlar ticarət-iqtisadi və enerji sektorlarında layihələrin ardıcıl həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək.
Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.