DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin və Tokayev Soçidə görüşüblər - video

© Sputnik / Пресс-служба президента РФ / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Казахстана Касым-Жомарт Токаев (справа) во время встречи
Президент РФ Владимир Путин и президент Казахстана Касым-Жомарт Токаев (справа) во время встречи - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Rusiya və Qazaxıstan liderləri iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 34,4% artdığını qeyd ediblər.
BAKI, 19 avqust — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Soçidə Rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Görüşdə Qazaxıstan prezidenti Nur-Sultan və Moskva arasında ikitərəfli əməkdaşlığa təkan vermək əzmində olduğunu bildirib.
Vladimir Putin isə Rusiya və Qazaxıstanın MN-lərinin KTMT çərçivəsində birgə təlimlər hazırladığını açıqlayıb.
Liderlər iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 34,4% artdığını qeyd ediblər. Həmçinin bildiriblər ki, hər iki tərəfdən sərmayə qoyuluşu artır. Rusiya üçün bu göstərici 17 milyard ABŞ dolları məbləğinə çatıb.
***
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Soçiyə gəlib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, inteqrasiya birlikləri, o cümlədən Qazaxıstanın bu il sədrlik etdiyi MDB çərçivəsində ikitərəfli əməkdaşlıq məsələsinə toxunulacaq. Prezidentlər sonuncu dəfə bu ilin iyununda, Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında iştirak edəndə görüşüb.
İyul ayında Putin və Tokayev telefon danışığı aparıblar, onlar enerji sektorunda layihələrin həyata keçirilməsini müzakirə ediblər. Tərəflər ölkələr arasında qarşılıqlı əlaqələrin vəziyyətindən də məmnunluq ifadə ediblər. Qazaxıstan liderinin sözlərinə görə, iqtisadi, nəqliyyat və logistika ilə bağlı bütün problemlər operativ şəkildə həll olunur.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək.
Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.
Президент Казахстана Касым-Жомарт Токаев, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.08.2022
SİYASƏT
Qazaxıstan prezidenti əvvəl Soçiyə, sonra isə Bakıya gələcək
Xəbər lenti
0