https://sputnik.az/20220819/azerbaycanda-bu-il-ne-qeder-taxil-bicilib--445182119.html
Azərbaycanda bu il nə qədər taxıl biçilib?
Azərbaycanda bu il nə qədər taxıl biçilib?
Sputnik Azərbaycan
Ən yüksək məhsuldarlıq Hacıqabul , Bərdə , Tovuz , Sabirabad , Tərtər , Saatlı, Ağcabədi, Ağdam rayonlarında olub. 19.08.2022, Sputnik Azərbaycan
2022-08-19T19:18+0400
2022-08-19T19:18+0400
2022-08-19T19:18+0400
taxıl
azərbaycan xəbərləri
çörək
un
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345140_0:159:3079:1890_1920x0_80_0_0_afc97c7b22944e19cf6f2c82cb636b2f.jpg
BAKI, 19 avqust — Sputnik. Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci il avqust ayının 16-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 955,2 min hektar sahənin 936,5 min hektarı və yaxud 98,0 faizi biçilərək məhsulu yığılıb. Sahələrdən 2850,0 min ton məhsul toplanmış, məhsuldarlıq 30,4 sentnerə bərabər olubdur. Məhsulun 1731,8 min tonunu və yaxud 60,8 faizini buğda, 1092,0 min tonunu (38,3 faizini) arpa, 26,2 min tonunu (0,9 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.Respublikanın 23 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 44,7 sentner), Bərdə (müvafiq olaraq 44,3), Tovuz (42,8), Sabirabad (42,6), Tərtər (40,9), Saatlı (40,7), Ağcabədi (40,4), Ağdam (40,3), Samux (40,0), İmişli (39,4) və Beyləqan (37,7) rayonlarında olub.Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında müşahidə olub.Qeyd edək ki, bu gündən Azərbaycanda unun və çörəyin qiymətin bahalaşıb. 50 kiloqramlıq unun ən yuxarı həddi 40 manat 70 qəpik, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik olub.
https://sputnik.az/20220819/corek-ve-un-memulatlari-da-bahalasdi---videoreportaj-445195129.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345140_173:0:2904:2048_1920x0_80_0_0_fe15135af159596c4460c9d74c1429ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
taxıl, çörək, un
Azərbaycanda bu il nə qədər taxıl biçilib?
Ən yüksək məhsuldarlıq Hacıqabul , Bərdə , Tovuz , Sabirabad , Tərtər , Saatlı, Ağcabədi, Ağdam rayonlarında olub.
BAKI, 19 avqust — Sputnik. Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci il avqust ayının 16-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 955,2 min hektar sahənin 936,5 min hektarı və yaxud 98,0 faizi biçilərək məhsulu yığılıb.
Sahələrdən 2850,0 min ton məhsul toplanmış, məhsuldarlıq 30,4 sentnerə bərabər olubdur. Məhsulun 1731,8 min tonunu və yaxud 60,8 faizini buğda, 1092,0 min tonunu (38,3 faizini) arpa, 26,2 min tonunu (0,9 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 23 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 44,7 sentner), Bərdə (müvafiq olaraq 44,3), Tovuz (42,8), Sabirabad (42,6), Tərtər (40,9), Saatlı (40,7), Ağcabədi (40,4), Ağdam (40,3), Samux (40,0), İmişli (39,4) və Beyləqan (37,7) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında müşahidə olub.
Qeyd edək ki, bu gündən Azərbaycanda unun və çörəyin qiymətin bahalaşıb. 50 kiloqramlıq unun ən yuxarı həddi 40 manat 70 qəpik, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik olub.