Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Hava hədəfinə artilleriya atışı" yerinə yetirilib - Müdafiə Nazirliyi

© AR Ministry of Defence"Hava hədəfinə artilleriya atışı" çalışması yerinə yetirilib
Hava hədəfinə artilleriya atışı çalışması yerinə yetirilib - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Hədəfin məhv edilməsinə və seçilmiş sürət həddinə görə hakimlər tərəfindən qiymətləndirilmə aparılıb.
BAKI, 18 avqust - Sputnik. Azərbaycan, Qazaxıstan, Rusiya və İranın hərbi dənizçilərinin iştirakı ilə keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.
Müsabiqənin növbəti gününün proqramına uyğun olaraq iştirakçı komandalar "Hava hədəfinə artilleriya atışı" çalışmasını yerinə yetiriblər.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, çalışmanın şərtinə əsasən döyüş hazırlığı poliqonuna çıxan gəmilərin heyətləri göyərtə kompleksində quraşdırılmış artilleriya qurğularından istifadə etməklə təyin olunmuş hündürlükdə yerləşən hava hədəfinə atəş açıblar.
Hədəfin məhv edilməsinə və seçilmiş sürət həddinə görə hakimlər tərəfindən qiymətləndirilmə aparılıb.
Müsabiqədə iştirak edən komandaların hər biri çalışmanın öhdəsindən bacarıqla gəlib.
Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - Sputnik Azərbaycan, 1920, 18.08.2022
HƏRBİ
Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər
Xəbər lenti
0