Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

© AR Ministry of DefenceArtilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər
Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.
BAKI, 18 avqust — Sputnik. Qazaxıstan Respublikasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.
Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.
Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuela və Zimbabve komandaları iştirak edir.
Sputnik Beynəlxalq İnformasiya Agentliyi "Beynəlxalq Ordu Oyunları-2022" yarışlarının informasiya tərəfdaşıdır.
“Beynəlxalq Ordu Oyunları-2022 yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən Artilleriya atəşinin ustaları müsabiqəsinin növbəti mərhələsi keçirilib. - Sputnik Azərbaycan, 1920, 17.08.2022
HƏRBİ
“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib
Xəbər lenti
0