DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş olub

© AFP 2023 / HANDOUT / TURKISH PRESIDENTIAL PRESS SERVICELvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş
Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə ediblər.
BAKI, 18 avqust - Sputnik. Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başa çatıb.
Görüş təxminən 40 dəqiqə davam edib. Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə ediblər.
Bundan əvvəl Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski ilə BMT baş katibi Antoniu Quterreşin təkbətək görüşü olub. Görüşdə Ukrayna-Rusiya müharibəsi, Ukrayna limanlarından gəmilərlə taxılın çıxarılması və humanitar məsələlər müzakirə olunub.
Bu gün Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında da görüş keçirilib.
Quterreş  - Sputnik Azərbaycan, 1920, 17.08.2022
SİYASƏT
Quterreş Ukraynada Ərdoğan və Zelenski ilə nəyi müzakirə edəcək? BMT-dən açıqlama
Xəbər lenti
0