Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Quterreş Ukraynada Ərdoğan və Zelenski ilə nəyi müzakirə edəcək? BMT-dən açıqlama

© AP Photo / Aijaz RahiQuterreş
Quterreş  - Sputnik Azərbaycan, 1920, 17.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Antoniu Quterreşin Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla baş tutacaq ikitərəfli və üçtərəfli görüşlərində Ukrayna ilə bağlı narahatlıq doğuran bır sıra məsələlər diqqət mərkəzində olacaq.
BAKI, 17 avqust - Sputnik. BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Rusiya və Ukrayna arasında gərginliyi mümkün qədər aşağı salmaq üçün müzakirələr aparacaq.
Bunu BMT Baş katibinin sözçüsü Farhan Haq mətbuat konfransında bildirib.
Haqın sözlərinə görə, Antoniu Quterreşin sabah Lvov şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla baş tutacaq ikitərəfli və üçtərəfli görüşlərində Ukrayna ilə bağlı narahatlıq doğuran bır sıra məsələlər diqqət mərkəzində olacaq:
“BMT Baş katibi səfər çərçivəsində Ukraynadan taxıl ixracına dair sazişin bir hissəsi olan gəmilərin hərəkəti, ərzaq və taxıl problemi də daxil olmaqla, Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasını (ZAES), Ukraynanın Donetsk vilayətinin işğal altındakı Olenivka qəsəbəsində ukraynalı əsirlərin saxlanıldığı həbsxana ilə bağlı məsələləri müzakirə edəcək”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.08.2022
DÜNYA XƏBƏRLƏRİ
Quterreş və Ərdoğan Ukraynaya gedir
Xəbər lenti
0