https://sputnik.az/20220818/azerbaycan-snayperleri-mubarizeni-davam-etdirirler-445163404.html
Azərbaycan snayperləri mübarizəni davam etdirirlər
Azərbaycan snayperləri mübarizəni davam etdirirlər
Sputnik Azərbaycan
Müsabiqə 4 mərhələ üzrə keçirilir: fərdi təsnifat, cütlük, komanda sıralaması, "Kim daha sürətli" ("Peşəkar" divizionu üçün turnir cədvəlindən kənarda). 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T17:45+0400
2022-08-18T17:45+0400
2022-08-18T17:45+0400
ordu
hərbi
"snayper həddi"
snayper
beynəlxalq ordu oyunları
https://cdnn1.img.sputnik.az/img/07e6/08/12/445146470_0:0:1280:720_1920x0_80_0_0_dfc41768dedfb41f1ba2c2b644f61ff4.jpg
BAKI, 18 avqust — Sputnik. Yeddi ölkənin - Azərbaycan, Belarus, Zimbabve, İran, Çin, Rusiya və Özbəkistanın snayperləri VIII Ordu Beynəlxalq Oyunlarında ən yaxşı titul uğrunda mübarizəni davam etdirirlər. "Peşəkarlar" divizionunda "Snayper həddi" müsabiqəsi İranın "Şahid Səduqi adına Tədris Mərkəzinin" poliqonunda başlayıb.Dünyanın ən dəqiq atıcısı tituluna sahib olmaq haqqı uğrunda mübarizə üç mərhələ üzrə keçirilib: "Ballistik pəncərə", "Əlverişsiz mövqe" və "Ov".Komandalarda hakim, məşqçi, snayper, həkim, psixoloq və tərcüməçi daxil olmaqla 17 nəfərə qədər heyət ola bilər.Müsabiqə 4 mərhələ üzrə keçirilir: fərdi təsnifat, cütlük, komanda sıralaması, "Kim daha sürətli" ("Peşəkar" divizionu üçün turnir cədvəlindən kənarda).Bütün iştirakçılar eyni silahdan istifadə edirlər. Bu, standart optik nişangahı olan 7,62 mm yarı avtomatik snayper tüfəngi, optik nişangahlı 308 kalibrli (7,62x51R) snayper tüfəngi (böyütmə 25 dəfədən çox deyil), 9 mm-lik Makarov tapançası, təlim qumbarası RGD-5-dir.Fərdi sıralamada bütün snayperlər 9 tapşırıq yerinə yetirirlər. Hər komandadan dörd atıcı iştirak edir. Cütlükdə hər komandadan iki snayper cütü yeddi tapşırıq yerinə yetirir. Komandada isə beş tapşırıq yerinə yetirilir."Kim daha sürətli" mərhələsində iştirakçılar "Snayper biatlonu" tapşırığını ən qısa müddətdə yerinə yetirirlər. Üstəlik, PM-dən vurulmayan hər hədəf üçün bir cərimə dairəsi, tüfəngdən vurulmayan hər hədəf üçün - iki cərimə dairəsi tutulur. Qumbara hədəfin ölçüsünü qaçırarsa - 1 cərimə dairəsi əlavə edilir.Sputnik Beynəlxalq İnformasiya Agentliyi "Beynəlxalq Ordu Oyunları-2022" yarışlarının informasiya tərəfdaşıdır.
https://sputnik.az/20220818/artilleriyacilarimiz-beynelxalq-musabiqede-ugurla-istirak-edirler-445156241.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/12/445146470_160:0:1120:720_1920x0_80_0_0_73c9c2bdf52570c62b91b646df7ae876.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ordu, "snayper həddi", snayper, beynəlxalq ordu oyunları
ordu, "snayper həddi", snayper, beynəlxalq ordu oyunları
Azərbaycan snayperləri mübarizəni davam etdirirlər
Müsabiqə 4 mərhələ üzrə keçirilir: fərdi təsnifat, cütlük, komanda sıralaması, "Kim daha sürətli" ("Peşəkar" divizionu üçün turnir cədvəlindən kənarda).
BAKI, 18 avqust — Sputnik. Yeddi ölkənin - Azərbaycan, Belarus, Zimbabve, İran, Çin, Rusiya və Özbəkistanın snayperləri VIII Ordu Beynəlxalq Oyunlarında ən yaxşı titul uğrunda mübarizəni davam etdirirlər. "Peşəkarlar" divizionunda "Snayper həddi" müsabiqəsi İranın "Şahid Səduqi adına Tədris Mərkəzinin" poliqonunda başlayıb.
Dünyanın ən dəqiq atıcısı tituluna sahib olmaq haqqı uğrunda mübarizə üç mərhələ üzrə keçirilib: "Ballistik pəncərə", "Əlverişsiz mövqe" və "Ov".
Komandalarda hakim, məşqçi, snayper, həkim, psixoloq və tərcüməçi daxil olmaqla 17 nəfərə qədər heyət ola bilər.
Müsabiqə 4 mərhələ üzrə keçirilir: fərdi təsnifat, cütlük, komanda sıralaması, "Kim daha sürətli" ("Peşəkar" divizionu üçün turnir cədvəlindən kənarda).
Bütün iştirakçılar eyni silahdan istifadə edirlər. Bu, standart optik nişangahı olan 7,62 mm yarı avtomatik snayper tüfəngi, optik nişangahlı 308 kalibrli (7,62x51R) snayper tüfəngi (böyütmə 25 dəfədən çox deyil), 9 mm-lik Makarov tapançası, təlim qumbarası RGD-5-dir.
Fərdi sıralamada bütün snayperlər 9 tapşırıq yerinə yetirirlər. Hər komandadan dörd atıcı iştirak edir. Cütlükdə hər komandadan iki snayper cütü yeddi tapşırıq yerinə yetirir. Komandada isə beş tapşırıq yerinə yetirilir.
"Kim daha sürətli" mərhələsində iştirakçılar "Snayper biatlonu" tapşırığını ən qısa müddətdə yerinə yetirirlər. Üstəlik, PM-dən vurulmayan hər hədəf üçün bir cərimə dairəsi, tüfəngdən vurulmayan hər hədəf üçün - iki cərimə dairəsi tutulur. Qumbara hədəfin ölçüsünü qaçırarsa - 1 cərimə dairəsi əlavə edilir.
Sputnik Beynəlxalq İnformasiya Agentliyi "Beynəlxalq Ordu Oyunları-2022" yarışlarının informasiya tərəfdaşıdır.