https://sputnik.az/20220817/turkiye-ile-srail-arasinda-buzlar-eriyib-erdogan-tel-evive-yeni-sefir-gonderecek--445127722.html
Türkiyə ilə İsrail arasında buzlar əriyib: Ərdoğan Təl-Əvivə yeni səfir göndərəcək
Türkiyə ilə İsrail arasında buzlar əriyib: Ərdoğan Təl-Əvivə yeni səfir göndərəcək
Sputnik Azərbaycan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə telefon danışığı zamanı deyib ki, yeni səfirin təyin olunması üçün ən qısa zamanda... 17.08.2022, Sputnik Azərbaycan
2022-08-17T23:17+0400
2022-08-17T23:17+0400
2022-08-17T23:17+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
israil
mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444400285_0:0:2933:1649_1920x0_80_0_0_8100aa202ceb9de0daeef28f0f7042f5.jpg
BAKI, 17 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə telefon danışığı aparıb.Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.Məlumata əsasən, danışıqda Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.Prezident Ərdoğan İsrailə yeni səfirin təyin olunması üçün ən qısa zamanda lazımi addımların atılacağını bildirib.Həmçinin, o, Türkiyə ilə İsrail arasında əməkdaşlığın və dialoqun davamlı və qarşılıqlı hörmət əsasında inkişafını dəstəklədiyini ifadə edib.Xatırladaq ki, Ankara İsrailə səfir təyin etmək və Tel-Əvivlə diplomatik münasibətləri bərpa etmək qərarına gəlib. Bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib."İsrailə səfir təyin edilməsi ilə bağlı qərar qəbul edilib və İsrail tərəfi də bununla bağlı müsbət cavab verib. Tezliklə bizim namizədimiz cənab prezidentə təqdim olunacaq", - deyə Türkiyə XİN rəhbəri bildirib.Çavuşoğlu bu prosesin hər iki ölkə üçün uğurlu olacağına ümid etdiyini də bildirib.Bu arada İsrail Prezidenti İsaak Herzoq diplomatik münasibətlərin bərpasının iqtisadi əlaqələrin, eləcə də iki ölkə xalqları arasında dostluğun möhkəmlənməsinə kömək edəcəyini bildirib.Xatırladaq ki, tərəflərin münasibəti 2018-ci ilin mayında Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfirinə ölkəni tərk etmək istəyini bildirəndə kəskin şəkildə pisləşib. Bütün bunlar Qəzza zolağında etirazlar nəticəsində 59 fələstinlinin həlak olduğu, 2,7 mindən çox insanın yaralandığı eskalasiya fonunda baş verib. Münaqişə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi səbəbindən daha da pisləşmişdi.
https://sputnik.az/20220817/turkiye-ve-srail-diplomatik-elaqeleri-berpa-etmek-barede-razilasib-445116957.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444400285_48:0:2779:2048_1920x0_80_0_0_dac2603ee32ab7a668d7f35bdd60674f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, israil, mövlud çavuşoğlu
rəcəb tayyip ərdoğan, israil, mövlud çavuşoğlu
Türkiyə ilə İsrail arasında buzlar əriyib: Ərdoğan Təl-Əvivə yeni səfir göndərəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə telefon danışığı zamanı deyib ki, yeni səfirin təyin olunması üçün ən qısa zamanda lazımi addımlar atılacaq.
BAKI, 17 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata əsasən, danışıqda Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan İsrailə yeni səfirin təyin olunması üçün ən qısa zamanda lazımi addımların atılacağını bildirib.
Həmçinin, o, Türkiyə ilə İsrail arasında əməkdaşlığın və dialoqun davamlı və qarşılıqlı hörmət əsasında inkişafını dəstəklədiyini ifadə edib.
Xatırladaq ki, Ankara İsrailə səfir təyin etmək və Tel-Əvivlə diplomatik münasibətləri bərpa etmək qərarına gəlib. Bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
"İsrailə səfir təyin edilməsi ilə bağlı qərar qəbul edilib və İsrail tərəfi də bununla bağlı müsbət cavab verib. Tezliklə bizim namizədimiz cənab prezidentə təqdim olunacaq", - deyə Türkiyə XİN rəhbəri bildirib.
Çavuşoğlu bu prosesin hər iki ölkə üçün uğurlu olacağına ümid etdiyini də bildirib.
Bu arada İsrail Prezidenti İsaak Herzoq diplomatik münasibətlərin bərpasının iqtisadi əlaqələrin, eləcə də iki ölkə xalqları arasında dostluğun möhkəmlənməsinə kömək edəcəyini bildirib.
Xatırladaq ki, tərəflərin münasibəti 2018-ci ilin mayında Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfirinə ölkəni tərk etmək istəyini bildirəndə kəskin şəkildə pisləşib. Bütün bunlar Qəzza zolağında etirazlar nəticəsində 59 fələstinlinin həlak olduğu, 2,7 mindən çox insanın yaralandığı eskalasiya fonunda baş verib. Münaqişə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi səbəbindən daha da pisləşmişdi.