https://sputnik.az/20220817/turkiye-ve-srail-diplomatik-elaqeleri-berpa-etmek-barede-razilasib-445116957.html
Türkiyə və İsrail diplomatik əlaqələri bərpa etmək barədə razılaşıb
Türkiyə və İsrail diplomatik əlaqələri bərpa etmək barədə razılaşıb
Sputnik Azərbaycan
İsrail prezidenti İsaak Herzoq diplomatik münasibətlərin bərpasının iqtisadi əlaqələrin, eləcə də iki ölkə xalqları arasında dostluğun möhkəmlənməsinə kömək... 17.08.2022, Sputnik Azərbaycan
2022-08-17T18:31+0400
2022-08-17T18:31+0400
2022-08-17T18:31+0400
türkiyə
dünya xəbərləri
israil
diplomatik əlaqə
https://cdnn1.img.sputnik.az/img/40541/67/405416795_0:304:3000:1992_1920x0_80_0_0_02704654bad17f25b28a8c6ef8ede6ca.jpg
BAKI, 17 avqust — Sputnik. Ankara İsrailə səfir təyin etmək və Tel-Əvivlə diplomatik münasibətləri bərpa etmək qərarına gəlib. Bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib."İsrailə səfir təyin edilməsi ilə bağlı qərar qəbul edilib və İsrail tərəfi də bununla bağlı müsbət cavab verib. Tezliklə bizim namizədimiz cənab prezidentə təqdim olunacaq", - deyə Türkiyə XİN rəhbəri bildirib.Çavuşoğlu bu prosesin hər iki ölkə üçün uğurlu olacağına ümid etdiyini də bildirib.Bu arada İsrail Prezidenti İsaak Herzoq diplomatik münasibətlərin bərpasının iqtisadi əlaqələrin, eləcə də iki ölkə xalqları arasında dostluğun möhkəmlənməsinə kömək edəcəyini bildirib.Xatırladaq ki, tərəflərin münasibəti 2018-ci ilin mayında Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfirinə ölkəni tərk etmək istəyini bildirəndə kəskin şəkildə pisləşib. Bütün bunlar Qəzza zolağında etirazlar nəticəsində 59 fələstinlinin həlak olduğu, 2,7 mindən çox insanın yaralandığı eskalasiya fonunda baş verib. Münaqişə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi səbəbindən daha da pisləşmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40541/67/405416795_0:23:3000:2273_1920x0_80_0_0_ebd197830bc6e1472de03d0d951f7e37.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, israil, diplomatik əlaqə
türkiyə, israil, diplomatik əlaqə
Türkiyə və İsrail diplomatik əlaqələri bərpa etmək barədə razılaşıb
İsrail prezidenti İsaak Herzoq diplomatik münasibətlərin bərpasının iqtisadi əlaqələrin, eləcə də iki ölkə xalqları arasında dostluğun möhkəmlənməsinə kömək edəcəyini bildirib.
BAKI, 17 avqust — Sputnik. Ankara İsrailə səfir təyin etmək və Tel-Əvivlə diplomatik münasibətləri bərpa etmək qərarına gəlib. Bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
"İsrailə səfir təyin edilməsi ilə bağlı qərar qəbul edilib və İsrail tərəfi də bununla bağlı müsbət cavab verib. Tezliklə bizim namizədimiz cənab prezidentə təqdim olunacaq", - deyə Türkiyə XİN rəhbəri bildirib.
Çavuşoğlu bu prosesin hər iki ölkə üçün uğurlu olacağına ümid etdiyini də bildirib.
Bu arada İsrail Prezidenti İsaak Herzoq diplomatik münasibətlərin bərpasının iqtisadi əlaqələrin, eləcə də iki ölkə xalqları arasında dostluğun möhkəmlənməsinə kömək edəcəyini bildirib.
Xatırladaq ki, tərəflərin münasibəti 2018-ci ilin mayında Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfirinə ölkəni tərk etmək istəyini bildirəndə kəskin şəkildə pisləşib. Bütün bunlar Qəzza zolağında etirazlar nəticəsində 59 fələstinlinin həlak olduğu, 2,7 mindən çox insanın yaralandığı eskalasiya fonunda baş verib. Münaqişə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi səbəbindən daha da pisləşmişdi.