Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın oyunu ilə bağlı azarkeşlərə müraciət edilib

© Sputnik / Murad OrujovФутболисты ФК "Карбах", фото из архива
Футболисты ФК Карбах, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.08.2022
Abunə olmaq
Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq oyun saat 20:45-də başlayacaq.
BAKI, 17 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində avqustun 17-də Bakıda keçirəcəyi beynəlxalq oyunla əlaqədar müraciət edib.
BNA-dan daxil olan məlumatda deyilir: "Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və "Viktoriya" (Plzen) futbol klublarının qarşılaşmasına bilet alan azarkeşlərə tövsiyə edirik ki, stadiona gedərkən şəxsi avtomobillərdən istifadə etməsinlər. Azarkeşlərin Tofiq Bəhramov adına Respublika Stadionuna ictimai nəqliyyatla daha rahat gediş-gəlişini təmin etmək üçün zəruri tədbirlər görülüb. Oyunun keçiriləcəyi məkan istiqamətində hərəkət edən müntəzəm marşrut xətləri üzrə məlumatları təqdim edirik".
Xatırladaq ki, Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ" komandası bu gün turnirin pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Ölkə çempionu paytaxtımızda Çexiyanın "Viktoriya Plzen" komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq oyun saat 20:45-də başlayacaq.
Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi FIFA hakimi Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri Tomaz Klancnik, Andraj Kovacic kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək. VAR hakimləri isə Nejc Kajtazovic və Jure Praprotnik olacaq.
Baş məşqçi Qurban Qurbanovun komandasında mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Rəqibin heyətində isə zədəli futbolçu yoxdur.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu turu adlayan komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.
Xəbər lenti
0