DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Ermənistanda iki günlük matəm elan edib

© Sputnik Андраник Казарян / Mediabanka keçidВ ТЦ "Сурмалу" в Ереване произошёл взрыв
В ТЦ Сурмалу в Ереване произошёл взрыв - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər yaralanıb, 7 nəfər müxtəlif tibb məntəqələrində müalicə olunur.
BAKI, 16 avqust - Sputnik. Ermənistanda İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən partlayışda çoxsaylı insan ölümləri ilə bağlı 17-18 avqust tarixlərində 2 günlük matəm elan olunub.
Sputnik Ermənistanın məlumatına görə, Baş nazir Nikol Paşinyan bu barədə qərar imzalayıb.
“2022-ci il avqustun 14-də “İrəvan Konserv Zavodu” QSC-nin ərazisində baş vermiş yanğın və partlayış nəticəsində həlak olan vətəndaşların xatirəsinə 2022-ci il avqustun 17 və 18-də Ermənistan ərazisində matəm elan edilsin", - Baş nazir Nikol Paşinyanın imzaladığı qərarda deyilir.
Avqustun 14-də günorta İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Yanğını 2 gün sonra - avqustun 16-da tam söndürmək mümkün olub.
Rəsmi məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər yaralanıb, 7 nəfər müxtəlif tibb məntəqələrində müalicə olunur.
Partlayış pirotexnika məmulatlarının satıldığı mağazasında baş verib. Fövqəladə Hallar Nazirliyində terror aktı versiyası istisna edilir. Ermənistanın İstintaq Komitəsi faktla bağlı “səhlənkarlıqdan insan ölümünə səbəb olan yanar maddələrin saxlanması qaydalarını pozma” və “yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma” maddələri ilə cinayət işi açıb.
İrəvanda partlayış yerində - Sputnik Azərbaycan, 1920, 15.08.2022
HADİSƏ
İrəvanda partlayış zamanı itkin düşənlər arasında Rusiya və İran vətəndaşları da var
Xəbər lenti
0