Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İrəvanda partlayış zamanı itkin düşənlər arasında Rusiya və İran vətəndaşları da var

© Sputnik Sputnik / Mediabanka keçidİrəvanda partlayış yerində
İrəvanda partlayış yerində - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
“Sürməli” ticarət mərkəzində baş verən partlayışda 23 nəfərin itkin düşdüyü, onlar arasında Rusiyanın 1, İranın 6 vətəndaşının olduğu bildirilib.
BAKI, 16 avqust — Sputnik. Ermənistanın Daxili İşlər Nazirliyi dünən İrəvanda “Sürməli” ticarət mərkəzində baş verən partlayışda 23 nəfərin itkin düşdüyünü bildirib.
Sputnik Ermənistan-ın məlumatına görə, onların arasında Rusiyanın 1, İranın 6 vətəndaşı var.
Fövqəladə Hallar Nazirliyi isə ticarət mərkəzində partlayış nəticəsində itkin düşənlərin adlarını açıqlayıb. Məlumata görə, ermənilərlə yanaşı, partlayışda Lyuba Qribova (1959-cu il təvəllüd, Rusiya vətəndaşı), İran vətəndaşları Məryəm Fathi, Vanya Fathi (2016-cı il təvəllüd), Edris Fathi, (2002-ci il), Kiomars Fathi (1972-ci il), Monira Naderi, Mehri Tahuri itkin düşüblər.
***
İrəvanda “Sürməli” Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfər ölüb.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan sosial şəbəkədə məlumat verib.
Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub. Son məlumatlara görə, xəsarət alanların sayı 61 nəfərdir.
Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.
Hadisə ilə bağlı cinayət işi açılıb.
***
İrəvanda “Sürməli” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.
Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.
***
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan Sputnik Ermənistan-a bildirib ki, müstəntiqlər hələlik İrəvandakı partlayış üzrə işə başlamayıblar. Səbəb yanğının davam etməsidir.
"Onlar yerində işləməyə başlayandan sonra ilkin versiyalar barədə danışmaq mümkün olacaq, həmçinin cinayər işi də ondan sonra qaldırılacaq", - Tadevosyan deyib.
Bu aradan İrəvanda "Sürməli" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində yaralananların sayı 34-ə çatıb.
***
İrəvanda "Sürməli" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.
Partlayış zamanı 1 nəfər ölüb, daha 26 nəfər xəsarət alıb.
Ermənistanın Təcili Yardım Xidmətinin rəhbəri Taqui Stepanyan məlumatı təsdiqləyib.
O, hazırda xəstəxanaya 7 yaralının gətirildiyini, lakin bunun tam deyil, yaralıların sayının hər an dəyişə biləcəyini bildirib.
Hadisə yerinə ölkə rəsmiləri gəlib.
Parlamentin spikeri Alen Simonyan, MTX-nın Dövlət mühafizəsi xidmətinin rəhbəri Sarkis Ovannisyan, həmçinin səhiyyə nazirinin müavinlərindən biri hadisə yerindədirlər.
Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.
Xəbər lenti
0