https://sputnik.az/20220815/pfizer-sirketinin-prezidenti-dord-doza-vaksin-qebul-etse-de-koronavirusa-yoluxub-445039042.html
“Pfizer” şirkətinin prezidenti dörd doza vaksin qəbul etsə də, koronavirusa yoluxub
“Pfizer” şirkətinin prezidenti dörd doza vaksin qəbul etsə də, koronavirusa yoluxub
Sputnik Azərbaycan
Özünü yaxşı hiss etdiyini, xəstəliyi yüngül keçirdiyini vurğulayan Albert Bourla “Paxlovid” preparatı qəbul etməyə başladığını deyib. 15.08.2022, Sputnik Azərbaycan
2022-08-15T23:37+0400
2022-08-15T23:37+0400
2022-08-15T23:37+0400
səhiyyə
pfizer
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/01/12/425988470_0:0:3073:1728_1920x0_80_0_0_5ccaaba5deb9e71fd1fed0483aea9f17.jpg
BAKI, 15 avqust - Sputnik. ABŞ-ın “Pfizer” əczaçılıq şirkətinin prezidenti və baş icraçı direktoru Albert Bourla koronavirusa yoluxub.Bu barədə o özü Twitter hesabında məlumat verib.A.Bourla özünü yaxşı hiss etdiyini, xəstəliyi yüngül keçirdiyini vurğulayıb:“Koronavirus üçün testim müsbət oldu. Dörd doza peyvənd qəbul etmişəm. Hazırda xəstəliyin yüngül simptomları olsa da özümü yaxşı hiss edirəm”. Pfizer rəhbərinin sözlərinə görə, o, Paxlovid dərmanı ilə müalicə olunur, evdən çıxmır və tezliklə sağalacağına ümid edir:“Mən özümü təcrid etmişəm və “Paxlovid” preparatı qəbul etməyə başlamışam”.Xatırladaq ki, iyulun 3-də Albert Burla dünyada peyvənd olunanların faizinin kifayət qədər yüksək olduğunu vurğulayaraq yeni qlobal koronavirus dalğasının başladığını elan etmişdi.Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer” əczaçılıq şirkətinin istehsal etdiyi Pfizer-BioNTech vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib.2020-ci ilin sonunda elan olunmuş qərar peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi barədə məlumatların nəzərdən keçirilməsindən sonra qəbul olunub. Pfizer-BioNTech vaksinin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır.Yeganə dozanın uzun müddətli qoruyucu təsiri tam məlum deyil və mütəxəssislər bunun üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirir.Hazırda peyvəndin 21-28 gün intervalla iki dozasının tətbiqi tövsiyə edilir.ÜST 2020-ci ildə bu peyvəndi 16 yaşdan yuxarı olanlara tövsiyə edib. Daha sonra bu yaş həddi bir qədər də azaldılıb.2021-ci il mayın əvvəlində Kanada Pfizer-BioNTech vaksinini 12-15 yaş arasındakı yeniyetmələr üçün təsdiqləyən ilk ölkə olub. Daha sonra bu yaş qrupunda peyvəndin istifadəsini Avropa İttifaqının dərmanlara nəzarət qurumu (EMA) da təsdiq edib.16 yaş və yuxarı insanlarda aparılan klinik tədqiqatlara əsasən, Pfizer-BioNTech peyvəndi əvvəl Covid-19 keçirməyən insanlarda bu infeksiyanın qarşısını almaqda 95 faiz effektiv olduğunu göstərib.
https://sputnik.az/20220723/pfizer-epilepsiya-dermanini-baha-qiymete-satisa-qoydugu-ucun-cerimelenib-444282101.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/12/425988470_104:0:2835:2048_1920x0_80_0_0_86d6ce7c9b748b19b67a3d685dcbecb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pfizer, koronavirus
“Pfizer” şirkətinin prezidenti dörd doza vaksin qəbul etsə də, koronavirusa yoluxub
Özünü yaxşı hiss etdiyini, xəstəliyi yüngül keçirdiyini vurğulayan Albert Bourla “Paxlovid” preparatı qəbul etməyə başladığını deyib.
BAKI, 15 avqust - Sputnik. ABŞ-ın “Pfizer” əczaçılıq şirkətinin prezidenti və baş icraçı direktoru Albert Bourla koronavirusa yoluxub.
Bu barədə o özü Twitter hesabında məlumat verib.
A.Bourla özünü yaxşı hiss etdiyini, xəstəliyi yüngül keçirdiyini vurğulayıb:
“Koronavirus üçün testim müsbət oldu. Dörd doza peyvənd qəbul etmişəm. Hazırda xəstəliyin yüngül simptomları olsa da özümü yaxşı hiss edirəm”.
Pfizer rəhbərinin sözlərinə görə, o, Paxlovid dərmanı ilə müalicə olunur, evdən çıxmır və tezliklə sağalacağına ümid edir:
“Mən özümü təcrid etmişəm və “Paxlovid” preparatı qəbul etməyə başlamışam”.
Xatırladaq ki, iyulun 3-də Albert Burla dünyada peyvənd olunanların faizinin kifayət qədər yüksək olduğunu vurğulayaraq yeni qlobal koronavirus dalğasının başladığını elan etmişdi.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer” əczaçılıq şirkətinin istehsal etdiyi Pfizer-BioNTech vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib.
2020-ci ilin sonunda elan olunmuş qərar peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi barədə məlumatların nəzərdən keçirilməsindən sonra qəbul olunub.
Pfizer-BioNTech vaksinin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır.
Yeganə dozanın uzun müddətli qoruyucu təsiri tam məlum deyil və mütəxəssislər bunun üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirir.
Hazırda peyvəndin 21-28 gün intervalla iki dozasının tətbiqi tövsiyə edilir.
ÜST 2020-ci ildə bu peyvəndi 16 yaşdan yuxarı olanlara tövsiyə edib. Daha sonra bu yaş həddi bir qədər də azaldılıb.
2021-ci il mayın əvvəlində Kanada Pfizer-BioNTech vaksinini 12-15 yaş arasındakı yeniyetmələr üçün təsdiqləyən ilk ölkə olub. Daha sonra bu yaş qrupunda peyvəndin istifadəsini Avropa İttifaqının dərmanlara nəzarət qurumu (EMA) da təsdiq edib.
16 yaş və yuxarı insanlarda aparılan klinik tədqiqatlara əsasən, Pfizer-BioNTech peyvəndi əvvəl Covid-19 keçirməyən insanlarda bu infeksiyanın qarşısını almaqda 95 faiz effektiv olduğunu göstərib.