DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pfizer epilepsiya dərmanını baha qiymətə satışa qoyduğu üçün cərimələnib

© AFP 2024 / JONAS ROOSENSPfizer şirkətinin loqosu, arxiv şəkli
Pfizer şirkətinin loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Şirkət son dörd il ərzində qiymətləri əvvəlki göstəricilərlə müqayisədə 8,8-17 dəfə qaldırıb.
BAKI, 23 iyul — Sputnik. Britaniya bazar tənzimləyicisi Birləşmiş Krallığın Milli Səhiyyə Xidmətinə (NHS) tədarük edilən epilepsiya dərmanının qiymətini bahalaşdırıldığına görə ABŞ-ın Pfizer Inc dərman şirkətini 63 milyon funt sterlinq (75,6 milyon dollar) məbləğində cərimələyib. Bu barədə Rusiya KİV-ləri Xidmətə istinadən xəbər yayıb.
Böyük Britaniya Rəqabət və Bazarlar Təşkilatı (Competition and Markets Authority, CMA), həmçinin, Flynn Pharma Ltd-ni də dörd ildən artıq müddətdə natrium fenitoin kapsullarının qiymətlərinin artırılmasına görə 6,7 milyon funt sterlinq məbləğində cərimələyib.
CMA-ya görə, şirkətlər əvvəllər Epanutin kimi tanınan dərmanı debreтdinq etdilər, bu da onlara tənzimləmədən qorxmadan dərman üçün müəyyən qiymətləri təyin etməyə imkan verib.
Tənzimləyicinin bəyanatında deyilir ki, Pfizer son dörd il ərzində qiymətləri əvvəlki göstəricilərlə müqayisədə 8,8-17 dəfə qaldırıb. Şirkət dərmanı Flynn-ə tədarük edib, o da öz növbəsində kapsulları apteklərə və topdansatışçılara sataraq qiymətləri 24-27 dəfə şişirdib.
Beləliklə, NHS-in dərmana illik xərcləri 2012-ci ildəki 2 milyon funt-sterlinqdən gələn il, təxminən, 50 milyon funt-sterlinqə yüksəlib, - deyə CMA qeyd edir.
Xəbər lenti
0