Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda altı ayda nə qədər yük və sərnişin daşınıb?

© Pexels ChanakaYük
Yük - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Sərnişinlərin 94,2%-i avtobus, 5,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 17,9%, sərnişin dövriyyəsi isə 22,9% artıb.
BAKI, 15 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 68,3 mln. ton yük, 777 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyd olunan göstəricilər üzrə müvafiq olaraq 11,3% və 23,6% artım qeydə alınıb.
Məlumatda qeyd olunur ki, sərnişinlərin 94,2%-i avtobus, 5,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 17,9%, sərnişin dövriyyəsi isə 22,9% artıb.
aeroport - Sputnik Azərbaycan, 1920, 13.07.2022
CƏMİYYƏT
Azərbaycanın hava limanlarında sərnişin axını göstəriciləri açıqlandı
Xəbər lenti
0