https://sputnik.az/20220713/azerbaycanin-hava-limanlarinda-sernisin-axini-gostericileri-aciqlandi-443970686.html
Azərbaycanın hava limanlarında sərnişin axını göstəriciləri açıqlandı
Azərbaycanın hava limanlarında sərnişin axını göstəriciləri açıqlandı
Sputnik Azərbaycan
Heydər Əliyev Beynəlxalq Aeroportu hazırkı rəqəmləri pandemiyadan əvvəlki dövrlə müqayisə edib. 13.07.2022, Sputnik Azərbaycan
2022-07-13T22:23+0400
2022-07-13T22:23+0400
2022-07-13T22:23+0400
azərbaycan
cəmiyyət
covid-19
https://cdnn1.img.sputnik.az/img/42418/95/424189559_0:53:1000:616_1920x0_80_0_0_749f236b672d443ffd0610ff69065229.jpg
BAKI, 13 iyul — Sputnik. Cari ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını iki milyon nəfəri ötüb.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.Cari ilin təkcə iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilmişdir ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96%-ni təşkil edir.Heydər Əliyev Beynəlxalq Aeroportunda baza yeri olan "AZAL" və "Buta Airways" aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınmışdır. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 xarici aviaşirkət müntəzəm reyslər yerinə yetirmişdir. Bundan əlavə, qeyd edilən ayda "Salam Air" aviaşirkəti Muskat/Maskat şəhərindən Bakıya birbaşa reyslər açıb.İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şərcə və Minsk şəhərləri daxil olmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin iş gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə hava limanları üçün epidemioloji təhlükəsizlik üzrə beş ulduzlu reytinqə layiq görülübdür.Bu mükafat, öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin yüksək səviyyədə tanındığını göstərir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42418/95/424189559_0:0:1000:750_1920x0_80_0_0_a607521c2fbef6d368097736b6446ec9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, covid-19
Azərbaycanın hava limanlarında sərnişin axını göstəriciləri açıqlandı
Heydər Əliyev Beynəlxalq Aeroportu hazırkı rəqəmləri pandemiyadan əvvəlki dövrlə müqayisə edib.
BAKI, 13 iyul — Sputnik. Cari ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını iki milyon nəfəri ötüb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Cari ilin təkcə iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilmişdir ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96%-ni təşkil edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda baza yeri olan "AZAL" və "Buta Airways" aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınmışdır. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.
2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 xarici aviaşirkət müntəzəm reyslər yerinə yetirmişdir. Bundan əlavə, qeyd edilən ayda "Salam Air" aviaşirkəti Muskat/Maskat şəhərindən Bakıya birbaşa reyslər açıb.
İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şərcə və Minsk şəhərləri daxil olmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin iş gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə hava limanları üçün epidemioloji təhlükəsizlik üzrə beş ulduzlu reytinqə layiq görülübdür.
Bu mükafat, öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin yüksək səviyyədə tanındığını göstərir.